«Barselona» gözlənilməz məğlubiyyətə uğradı
Tarix: 11.11.2018 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


İspaniya La Liqasında 12-ci turunda “Barselona” dogma meydanda “Betis” komandasını qəbul edib.
Trend-in məlumatına görə, matçın birinci taymı qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 20-ci dəqiqədə Junior, 34-cü dəqiqədə isə Xoakin qola imza atıb.
68-ci dəqiqədə Messi penalti zərbəsindən hesabda fərqi azaltsa da, 3 dəqiqə sonra Lo Selso yenidən top fərqini artırıb.
79-cu dəqiqədə Vidal "Barselona"nın ikinci qolunu vurub. 81-ci dəqiqədə Rakitiç ikinci sarı vərəqə alaraq meydandan qovulub. Cəmi 2 dəqiqə sonra qonaqlar müdafiədəki boşluqdan istifadə edərək dördüncü qolu vurublar. Bu dəfə Serxio Kanales fərqlənib.
Əsas vaxta əlavə olunan dəqiqələrdə Messi komandasının üçüncü qolunu vursa da, “Barselona” doğma meydanda “Betis“ə məğlub olub.
Hazırda “Barselona” 24 xalla birinci yerdə, “Betis” isə 16 xalla 12-ci pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Mbappe Fransa çempionatının ən yaxşı futbolçusu seçilib
20.05.2019
İspaniya La Liqasının 2018-2019-ci il mövsümü başa çatıb
19.05.2019
Rusiyanın NTV kanalında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı reportaj yayımlanıb
19.05.2019
Murad Fətəliyev Avropa Kubokunda qızıl medal qazanıb
19.05.2019
“Qəbələ”nin baş məşqçisi: Komandamız qarşıya qoyulan məqsədə nail oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info