Son 10 ildə Azərbaycan Rusiya iqtisadiyyatına 563 milyon dollar investisiya yatırıb
Tarix: 08.07.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, İKT, maliyyə, bank, enerji, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
Bakı Biznes Mərkəzində keçirilən biznes forumda iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, təkcə iqtisadi sahədə 30-dan çox ikitərəfli müqavilənin imzalandığını, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu qeyd edib. Nazir Ş.Mustafayev Azərbaycanda 479 Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini, son illər Rusiya tərəfdən Azərbaycan iqtisadiyyatına 468 milyon dollar, son 10 ildə isə Azərbaycan tərəfdən Rusiya iqtisadiyyatına 563 milyon dollar investisiya qoyulduğunu vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub. Son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiya Respublikasının da Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və İnquşetiya Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat verib.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədovun və Rusiya Federasiyasının İnquşetiya Respublikası Baş nazirinin müavini Pavel Puşinin hər iki ölkənin iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatları dinlənilib. Tədbirdə İnquşetiya Respublikasının Turizm Komitəsinin rəhbəri Batır Malsaqov “İnquşetiya Respublikası: istirahət və turizm üçün yeni imkanlar” mövzusunda video təqdimatla çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info