İtaliyanın Turin Politexnik Universiteti Bakı Ali Neft Məktəbində
Tarix: 12.11.2018 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri ilə görüş olub. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga, Rusiya Federasiyası ilə əlaqələr üzrə rektorun məsləhətçisi, prof.Stefano Lo Russo, Avropa Birliyinin maliyələşdirdiyi layihələr üzrə menecer Francesca Chicco, BANM-ın Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və digər məsul əməkdaşlar iştirak ediblər.
Görüşün məqsədi BANM və Turin Politexnik Universiteti arasında daha öncə imzalanmış əməkdaşlıq müqaviləsinin detallarını müzakirə etmək, yeni əməkdaşlıq istiqamətlərini təyin etmək olub.
Görüş zamanı rektor Elmar Qasımov Ali Məktəbin statistik göstəriciləri, məzunları, tədris proqramları və təcrübə imkanları haqqında nümayəndələrə ətraflı məlumat verib. Daha sonra rektor Turin Politexnik Universitetilə ikili diplom proqramları istiqamətində əməkdaşlıq və Erasmus+ proqramı vasitəsilə tələbə mübadiləsi imkanlarından danışıb.
Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga Ali Məktəbdə qonaq olduğundan böyük məmnunluq hissi keçirdiyini bildirib. Daha sonra xanım Verga Turin Politexnik Universiteti, mübadilə proqramları və universitetdəki mövcud kurslar haqqında məlumat verib.
Daha sonra Turin Politexnik Universitetindən dəvətli professorların BANM-da dərs deməsinin mümkünlüyü, Universitetin yuxarı kurs tələbələrinin BANM-a gələrək sənaye təcrübə proqramlarında iştirak etmələri, eləcə də digər tələbə və müəllim mübadilə proqramları barədə danışıqlar aparılıb.
Görüşün sonunda qonaqlar kampusla tanış olmaq üçün neft-qaz mühəndisliyi üzrə laboratoriyalarla yaxından tanış olublar, idman komplekslərinı gəziblər.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Vaşinqtonda ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib
17.06.2019
Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb
17.06.2019
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 23 medal qazanıblar
17.06.2019
Yeni qiymətləndirmə modelləri tətbiq olunur
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info