Əli Məhərrəmzadənin “Covdar çörəyi“ təqdim olunub
Tarix: 12.11.2018 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanının təqdimatı keçirilib. Olduqca maraqlı bir şəxs olan Əlibala Məhərrəmzadə həm iqtisad elmləri doktoru, professordur, həm auditordur. Həm motivasiya spikeridir, həm də yazıçıdır. Rəsul Rza mükafatı laureatıdır. Təqdimatda çıxışçılar yeni romanın bütün müsbət keyfiyyətlərini sadalayıblar, maraqlı polemikalar baş tutub. "Azərkitab"ın direktoru Misirxan Həsənovun açıqlamasına görə, gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıyan bu cür kitab təqdimatlarının keçirilməsinin böyük əhəmiyyəti vardır. M.Həsənov bildirib ki, Ə.Məhərrəmzadənin mənəvi-əxlaqi mövzuda qələmə aldığı romanı olduqca maraqlı süjet xəttinə malik, dramatizmlə dolu ata-oğul münasibətinə, ümumən valideyn və övlad arasında yaranan uçurumun dərinliyinə və bu uçurumun yox edilməsi yollarına görə diqqət çəkir. Təqdimat kitabın redaktoru olan Varisin aparıcılığı ilə keçib. Varis "Romanda öncə detektiv ovqat duyulsa da, bu tam bir fərqli romandır, o, daha çox psixoloji trillerdir. Üstəlik, əsil didaktik əsərdir, cəmiyyət üçün mesajlarla doludur" deyə romanı xarakterizə edib. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi romandan çox təsirləndiyini qeyd edib. Hətta romanı oxuduqdan dərhal sonra böyük oğlu ilə ünsiyyət qurub onun problemləri ilə maraqlandığını da bildirib. Tanınmış ədəbi tənqidçi Vaqif Yusifli də romanı yüksək qiymətləndirib, həyatında ilk dəfə məhz bu romanı birnəfəsə oxuduğunu dilə gətirib. Təqdimatda Azərbaycan Respublikasının Auditorlar Palatasinin sədri Vahid Novruzov çıxış edərək yazıçının auditor fəaliyyəti barəsində danışıb, yeni romanın müasir cəmiyyət üçün vacibliyini qeyd edib. Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov da yazıçının "Covdar çörəyi" romanının birnəfəsə oxunmasını vurğulayıb, onun əxlaqi cəhətlərinə toxunub. Bu janrda yazılan kitabların cəmiyyət üçün çox önəmli olduğunu vurğulayaraq AMEA-nın keçmiş vitse-prezidenti, akademik Turab Əhmədov yazıçının fəaliyyətindən məmnun qaldığını, öncə yazılan kitablardan "Covdar çörəyi"nin fərqliliyini qeyd edib. Təqdimat zamanı gənc oxucular və kitavsevərlər yazar barədə, yeni roman barədə xoş sözlər söyləyiblər. Gənc rejissor Şahin Qəhrəmanov isə "Çovdar çörəyi"nin artıq kinematoqrafiyanın diqqətini cəlb etdiyini bildirib. Yazıçı Əlibala Məhərrəmzadə sonda çıxış edərək yeni romanının yazılma səbəblərindən, ailədə ata-oğul münasibətlərinin tam səmimiliyinin vacibliyindən, yaradıcı prosesdəki maraqlı məqamlardan bəhs edib. Təqdimat imza mərasimi ilə sonuclanıb. Qeyd edək ki, kitabı paytaxtın bütün kitab mağazalarından əldə etmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub
17.12.2018
Türkiyənin Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
17.12.2018
BP-nin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub
17.12.2018
UNEC-dən iqtisad elminin tədrisinə daha bir töhfə: “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət”
17.12.2018
Ərəb Dili Gününə həsr olunmuş konfrans keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info