“Əbədi ezamiyyət” filminin ABŞ premyerası keçirilib
Tarix: 12.11.2018 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


Kaliforniyanın Los Anceles şəhərində 8 noyabr 2018-ci tarixində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun dəstəyilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın icraçı prodüseri olduğu, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Los Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində keçirdiyi tədbirdə seçkili orqanların nümayəndələri, xarici ölkələrin baş konsulları, müxtəlif icmaların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol qonaqları salamlayaraq, bu cür mühüm tədbirə evsahibliyi etdiklərindən məmnun olduğunu bildirib.
Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev öz çıxışında 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan AXC-ni yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib.
“Əbədi ezamiyyət” filmi haqda məlumat verən N.Ağayev, ilk azərbaycanlı diplomatların Azərbaycanın müstəqilliyinin tanıdılması sahəsində göstərdikləri fədakarlıqları yüksək peşəkarlıqla tamaşaçıya çatdıran bu filmin böyük sənət əsəri olduğunu qeyd edib.
Daha sonra premyarada iştirak etmək üçün Los Ancelesə gəlmiş Vayominq ştatının senatoru Leland Kristensen çıxış edərək, belə bir yüksək önəmli tədbirdə iştirakından məmnunluğunu bildirib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib.
Sonra “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib. Bu, filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Nümayişdən sonra tanınmış amerikalı pianoçu, Yuta Universitetinin professoru Suzan Duelmayerin ifasında Azərbaycan musiqisinin nümunələri təqdim olunub. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin ən müxtəlif ləziz təamları ilə tanış olublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info