O, ELƏ BİR İSİM Kİ...
Tarix: 12.11.2018 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


"Qüdrət insanlıgın naxışıydı, ilahi gözəllikdə bir kişiydi. Bakıdan İrəvana gələn APİ-nin bir qrup müəllimi mənə deyirdi ki, tələbə Qüdrət biz mü- əllimlərin də müdrik agsaqqalı, partkomu, prof- komudur. Daha yaxşısı budur ki, bizi ona tapşı- ralar, gözünü bizim üstümüzdən çəkməsin" - Gorkəmli qafqazşünas alim İsrafil Məmmədov.
"Respublikada Qüdrət Orucov kimi dürektor, onun yaratdıgı məktəb kimi məktəb yoxdur" - Qərbi Azərbaycanın Maarif Nazirliyinin baş inspektoru Nurəddin İbrahimov.
"O, Meğri ziyalılarının örnəyi idi. Meğri çayının suyu onun vəfatından sonra qurumaga başla- dı" - Millət vəkili Musa Musayev.
Elegiya əvəzi
Yenə gah günəş parlayan, gah da çiskinli, yag- murlu bir payızda dogum günün gəldi! Sandım ki, könlümə bahar gəldi. Əksinə, bu fərqli doguş necə də hüznlü hisslər yaradır!
Yaşasaydın, noyabrın 10-da 94 yaşın olacaqdı.
23 yaşımda - 55 yaşında tərk etdin məni. Siman bu vaxta kimi xəyalımda qocalıgını görmədiymə görə məhz belə cavan qalmışdı. Səni üz-gözü qırışmış ixtiyar bir qoca kimi təsəvvürümə gə- tirmək istəmirəm. Yox, yox... "Aslan qocalanda da aslandır".
Şeyx Sədi: "Əvvələr başı taclı idim, çünki başı- mın tacı olan babam yanımda idi". Bu mənə də aidmi?! Şübhəsiz!
Mən yazar deyiləm, sadəcə sənli və sənsiz dün- yamı fərqli duygularımla və duygularımı oldugu kimi də təsvir edirəm. Duygular da var ki, anla- dılmır. Hazırda hiss və həyəcanlarımın cazibəsi altındayam. Sən demə, başdan-başa səadətmiş
mənim sənli dünyam. O bir gözəl, şirin xülya- larla dolu yuxuydu, oyandım, artıq yoxdur. Şeks- pir demişkən: "Biz nə oldugumuzu bilirik, lakin nə olacagımızı bilmirik".
Sənsiz dünyama gəldikdə isə... İdeallıqlar axta- rıram, orda səni tapıram, sən varsan. Reallıgları axtarmıram, niyə axtarım ki, orada yoxsan.
Həkim-alim olmagımı istədin, elmi sevirdin. Müdafiə vaxtı zala göz gəzdirdim, səni arayıb axtardım, qəlbim güclü bir sehirli qüvvənin təsir altında sənin burada olacagı xəyalı ilə çırpınırdı. Təbii ki, təbrik edənlərin arasında da yox idin...
Məni olduqca mütəəssir edən, bütün varlıgımı sarsıdan bir yuxu "Ezi qızım, məni yaddan çı- xarmamısan ki, daga-daşa yazmısanmı məni?" elə o andaca mənə "Orxon-Yenisey" abidələri üzərindəki tarixi-məşhur "Nə qədər sözüm var- sa, əbədi daşa həkk etdim" hikmətini xatırlatdı.
Qanlı göz yaşları ilə açdım, tökdüm içimi kitab kimi, heç kim görməsin deyə gecələr yazdım bu kitabı. Elə yazdım ki, şair İlyas Tapdıgın: "Biz şair-yazıçılar geri çəkilməliyik, yerimizi atası- nıın vurgunu qızına verməliyik" deyəcəyi qədər. Tarixin bilicisi idin, elə tarixə də saldım səni. Əslində özün bir tarix idin, heç bir başqa tarixə bənzəməyən zəngin, müqəddəs bir tarix!
Bununla, iki böyük arzunu yerinə yetirgim. Mənim səndən yeganə istəyim hər zaman yanımda olmagın idi, çünki həyatımda getdikcə güclənən bir işlqdın, yaşıl sədli işıq. Bilməzdim, yaşıl işıq sönəcək, qırmızı işıqlar yanacaq, bu işiqlar da üstümə od kimi ələnəcək... Çoxmu şey istədim səndən?!
Sənə münasibətdə xislətim belədir: Mən bag- lanmaram kor-korənə, baglansam əriş-agac kimi baglanaram; mən sevmərəm, sevsəm qəlbdən əzəldən-əbədə qədər sevərəm; mən yanmaram, yansam bir kərə külə dönüncə ya- naram, mən ayrılmaram, səndən heç ayrılmaz- adım, yana-yana ayrıldım, çünki yer üzündə ayrılmaq istəməyənləri ayıran qayda-qanunlar hökmdür!
3 yaşımda qızdırmalı vəziiyyətdə ikən hər dəfə inildəyib sızlayanda mənə "can, can, can" (o can -cana möhtacam!) deyib anam qədər əzizləyib nazımı çəkərdin, onun hazırladıgı nar şirəsini içizdirib həyat verirdin. Mənsə Bakıya gedən qatarda susuyan dodaqlarını limon şirəsi ilə isladıb həyat pilləkanlarından enişini ruhumdan yüksələn inilti ilə qarşılayıb yola salırdım.
Sən vardın, qızılım vardı, qızıl babam vardı (biz ataya "baba" deyərdik), hər baxışından günəş parlayan Günəşim vardı, hər an özünü büruzə verirdi.
Vətənimə, uyudugun məzarına çatsam, sənə çatmış oluram!
Sən şax budaqlı xan çinar, mənsə sənin birçə- cik yarpagındım. Mən sənin orijinalın olmasam da, mənə dəyərli xəzinə, dəfinə kimi "Mən Qüd- rət Orucovun mənəvi varisiyəm" kimi misilsiz incini miras qoydun.
Buna rəgmən qəlbimdən qopan, fəryad edən agrılarım, iniltilərim var. Duyguların sızıltısını eşitmisinizmi? Duygularım sızıldayır baba! Sənsizəm, sənsız...

Elza Qüdrət qızı Orucova
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər üzrə mütəxəsis




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
Portuqaliya klassik musiqisi ilə muğamın sintezi
15.12.2018
Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti xeyriyyə aksiyası
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info