“Müasir təhsildə intellektual oyunlar şagirdlərdə biliklərin qavranmasında stimul yaradır”
Tarix: 12.11.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Müasir təhsilin tərkibi dərsə olan bir sıra tələbləri dəyişdirir. Söhbət məşğələlərin rasional təşkil edilməsindən, əmək və istirahətin düzgün növbələşdirilməsindən və dərsdə müxtəlif pedaqoji metodların tətbiqindən gedir. Bu gün qloballaşan dünyada elmi-texniki tərəqqinin inkişafı və innovativ yenilikləri şagirdlərə vaxtında və əyani çatdırmaq üçün sinifdənxaric və məktəbdənkənar tədbirlərin, xüsusən də, qeyri-standart dərslərin təşkili zərurət yaradır.
Biz, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi olaraq təhsil ocaqlarında məktəbdənkənar dərnəklər sayəsində şagirdləri, maraqlarına uyğun olan dərnəklərə cəlb edirik. Məqsədimiz şagirdlərin bilik və bacarıqlarını təkminləşdirmək, onları vətənpərvər ruhda özünəinamlı şəxsiyyət kimi yetişdirməkdir. Tədris etdiyim “Gənc-diyarşünas” dərnəyinin üzvləri olan şagirdlər tətbiq etdiyim intellektual oyunlar formalı dərslərdə həvəslə iştirak edirlər. Bu formada olan dərslər, ən dəcəl və gec qavrayan şagirdlər üçün maraq dairəsinin genişlənməsi, bilik və bacarıqlarının üzə çıxmasına kömək olur. Məktəbdən fərqli olaraq, ”Gənc-diyarşünas” dərnəyində mövzularımız müxtəlif və rəngarəngliyinə, məqsədinə, təşkilinə, keçirilmə metodikasına görə qeyri-adi dərslərdir, ciddi strukturu müəyyən iş rejimi olan gündəlik tədris məşğələlərinə nisbətən şagirdlərin daha çox xoşuna gəlir. Məhz buna görə dərnəyimizdə qeyri-standart dərslərdən istifadə edirik. Müasir dərs planının məqsədləri, məzmunu, təşkilati-metodiki tərəfi, şagirdlərin fəallıq səviyyəsi, strukturu və tempi ilə fərqlənir. Əsasən, dərslərdə praktiki işlərdən istifadə olunaraq, qeyri-ənənəvi dərs növlərini daxil edirik. Bunlardan dərs-layihə, tədqiqat tipli dərs, dərs-seminar, dərs ekskursiya, nitq inkişafı, dərs-intellektual oyunlardan istifadə edirəm. Şagirdlər layihə üzrə işləməklə gələcəkdə görəcəkləri işin planını tərtib etmiş olurlar. Muzeylərə, tarixi abidələrə ekuskursiya, həmçinin onlara maraqlı olur, dərs zamanı keçilən mövzularla əyani tanış olurlar. Nitq inkişafı və seminar dərslər şagirdlərə fikirlərini sərbəst ifadə etməyə, gələcəyə şəxsiyyət kimi formalaşmasına kömək olur. Qeyd etdiyim kimi, müasir təhsildə qeyri-standart, intellektual oyunlar formalı dərslər şagirdlərə bilgilərin qavranmasında stimul yaradır.
Dürdanə Məmmədova
Təhsil Nazirliyi Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi “Gənc-diyarşünas” dərnəyinin rəhbəri




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
14.12.2018
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır
14.12.2018
“Azərbaycan dünyanın ən gözəl, zəngin ölkələrindən biridir”
14.12.2018
Naxçıvan Dövlət Universitetinin tələbələri Araz Elm və İstehsalat Birliyində olublar
14.12.2018
Alimin vəfatından 19 il keçir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info