Paytaxt məktəblərində Konstitusiya Günü silsilə tədbirlərlə qeyd olunub
Tarix: 12.11.2018 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Paytaxt məktəblərində 12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, təhsil müəssisələrində Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 23 illiyi ilə əlaqədar konfrans, “dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil olunub.
“Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, “Müasir Azərbaycan Konstitusiyası”, “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır”, “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” və digər bu kimi mövzularda keçirilən tədbirlərdə şagirdlərə dövlətimizin Əsas Qanununun tarixi haqqında ətraflı məlumat verilib.
Müstəqil Azərbaycanın dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyanın dövlətçilik tariximizdə yeni mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.
Çıxış edənlər cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında Konstitusiyanın əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndiriblər.
Tədbirlər çərçivəsində Konstitusiya tariximizə həsr olunmuş videoçarxlar göstərilib. Məktəblilərin 12 noyabr-Konstitusiya Günü münasibətilə hazırladıqları əl işləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
İlahiyyat İnstitutunda “Gender əsaslı zorakılıq” mövzusunda təlim təşkil olunub
20.06.2019
Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans öz işinə başlayıb
20.06.2019
BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib
20.06.2019
ATMU məzunlarının uğuru
20.06.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info