Kənd İnvestisiya Layihəsi çərçivəsində Bərdədə istixana istifadəyə verilib
Tarix: 12.11.2018 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi əhalinin məşğulluğunu təmin etmək və gəlirlərini artırmaq məqsədilə icma əsaslı istixana layihəsinin icrasına başlayıb. Layihə Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Bərdə rayonunun Yeni Daşkənd kəndində yaradılan istixana istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kənd İnvestisiya Layihəsinin həyata keçirildiyi kəndlərin bələdiyyə sədrləri və sakinlər iştirak ediblər. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, istixana layihəsi geniş icma yığıncağında icma üzvləri tərəfindən təhlil nəticəsində müəyyən edilərək seçilib. Bu layihə icma üzvləri tərəfindən idarə edilir və əldə olunan gəlir üzvlər arasında bölünəcək. Müəssisədə 6 nəfər icma üzvü daimi, 9 nəfər isə mövsümi işlərə cəlb olunacaq. Burada tərəvəz məhsullarının istehsalı üzrə təkmil təsərrüfat təcrübəsi həyata keçiriləcək – damcı suvarma sistemi, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktiki tədbirlər tətbiq ediləcək. Məlumat verilib ki, istixana 40 sot sahədə yaradılıb. Əkinəyararlı örtülü qruntun sahəsi isə 25 sotdur. Oktyabr ayından başlayaraq istixanada 9 min ədəd pomidor şitili əkilib. Fevral ayından may ayının sonuna kimi məhsul satışının aparılması nəzərdə tutulur. Tədbirin sonunda iştirakçılar istixana ilə tanış olublar. Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi ölkədə ən geniş əhatəli və uzunmüddətli layihələrdəndir. Bütün ölkəni əhatə edən AzKİL 2005-ci ildən fəaliyyət göstərir və layihənin ikinci mərhələsi başa çatmaq üzrədir. Bu layihə çərçivəsində indiyədək 2200-dək müxtəlif istiqamətli kiçik icma əsaslı layihələr icra olunub.




 
Bölməyə aid digər xəbərlər
16.12.2018
On bir ayda mebel istehsalı iki dəfədən çox artıb
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info