Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
Tarix: 12.11.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


İnsan kapitalının inkişaf etdirilməsi Azərbaycan üçün əsas şüarı və istiqamətdir. Ümid edirəm ki, Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, layihə çərçivəsində baş tutan əməkdaşlıq sayəsində Azərbaycanda daha çox sayda sağlamlıq imkanları məhdud uşaqlar üçün sinif şəraitində təhsil almaq imkanı yaradılacaq. Aİ nümayəndəsi qeyd edib ki, hər kəsin əldə etdiyi bilik və bacarıqlarla ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq hüququ var. K.Yankauskas əlavə edib ki, müasir Azərbaycan cəmiyyətinin yaradılmasına hər bir şəxs fərd olaraq töhfə verə bilər: "Əsas məqsədimiz cəmiyyətin əlilliyi olan uşaqlara qarşı olan münasibətini dəyişməkdir. Bu, heç də asan məsələ deyil. Avropa İttifaqı olaraq bu istiqamətdə birgə işləyəcəyik".




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xaricdəki soydaşlarımız anım tədbirləri keçiriblər
11.12.2018
Müxalifət Ermənistandakı saxta seçkiləri niyə təqdir edir?
11.12.2018
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
11.12.2018
Sovet televiziyasının əfsanəvi rejissoru dahi lider haqqında
11.12.2018
XİN: Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info