Zəfərlərə doğru
Tarix: 12.11.2018 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Elçin Kərəmov qonaqları və şəxsi heyəti salamlayaraq qeyd etdi ki, bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Milli Ordumuz dövlətimizin dayağı, onun ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilmişdir və mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır. Qısamüddətli və qalibiyyətli aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı Ordumuzun yüksək döyüş bacarığı və qüdrətini də əyani şəkildə sübut etdi.
Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. O qeyd edib ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir tanınmış müğənni Rüfət Axundov və digər incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirildi. 7 yaşlı Nuray Rəhmanın vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılandı.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
14.12.2018
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14.12.2018
Külli miqdarda elektron siqaretin gətirilməsinin qarşısı alınıb
13.12.2018
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib
13.12.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info