Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
Tarix: 12.11.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatda son günlər nazirliyin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayının artmaqda olduğu qeyd olunub. Diqqətə çatdırılıb ki, belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməmək tövsiyə olunur. Məlumat üçün bir daha diqqətə çatdırılır ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq iki ilə yaxındır fəaliyyət göstərir. Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” hesablarına keçid işarələrindən istifadə edərək, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər: https://www.facebook.com/mia.gov.az/), (https://www.instagram.com/azerbaycan.din/), (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber),və (https://twitter.com/MIAAzerbaijan).




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü
11.12.2018
Bakı NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkandır
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb
11.12.2018
İnanılmaz kampaniyanın bitməsinə 15 gün qaldı
11.12.2018
Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda seminar-təlim keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Özümü qərib ölkədə hiss etmədim”
4 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
5 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info