Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
Tarix: 12.11.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 14 noyabr - Beynəlxalq Loqopedlər Günü ilə bağlı məzunlarla görüş keçirilib.
Sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev ADPU-nun fəaliyyət göstərdiyi müddət ərzində ölkəmiz üçün 150 mindən çox pedaqoji kadr hazırladığını diqqətə çatdırıb. Bildirib ki, universitet yalnız öz geniş strukturuna görə deyil, həm də qazandığı uğurları, cəmiyyətə verdiyi töhfələri ilə tanınır.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva vurğulayıb ki, ölkəmizdə genişmiqyaslı təhsil islahatları uğurla davam etdirilir. ADPU-da təhsilin inkişafına xidmət edən islahatlar öz müsbət nəticələrini verir. Fakültə inklüziv təhsillə bağlı müxtəlif layihələr, proqramlar və digər tədbirlər həyata keçirir.
Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova bildirib ki, ölkə rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına böyük önəm verir. Bu da öz növbəsində bizim qarşımızda böyük vəzifələr qoyur, məsuliyyətimizi artırır. Belə tədbirlərin davamlı keçirilməsi olduqca vacibdir.
Tədbirdə fakültənin tələbələrinin hazırladıqları videoçarx nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
14.12.2018
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır
14.12.2018
“Azərbaycan dünyanın ən gözəl, zəngin ölkələrindən biridir”
14.12.2018
Naxçıvan Dövlət Universitetinin tələbələri Araz Elm və İstehsalat Birliyində olublar
14.12.2018
Alimin vəfatından 19 il keçir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info