AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Tarix: 12.11.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Noyabrın 12-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüşüb.
AQTA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirən agentlik sədri ölkədə təhlükəsiz və beynəlxalq standartlara uyğun meyvə-tərəvəz istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, son illər Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq olunması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır.
Agentlik sədri qida məhsulları idxal edən şirkətlərlə yanaşı, son 4 ay ərzində müsbət tarixçəsi olan meyvə-tərəvəz ixrac edən sahibkarlara da asanlaşdırılmış nəzarət sisteminin, fəaliyyətləri dövründə ölkədən məhsul ixrac edərkən məhsullarının keyfiyyət göstəriciləri beynəlxalq standartlara uyğun olan şirkətlərə isə asan ixrac mexanizminin tətbiq olunacağını bildirib. Q.Təhməzli qeyd olunan göstəricilərə cavab verən sahibkarlıq subyektlərinin məhsullarının daha sadələşdirilmiş ekspertizalara cəlb olunacağını, bunun da həmin məhsulların daha çevik ixracına şərait yaradacağını vurğulayıb.
Qida zəncirinin bütün mərhələlərində, eləcə də, qida məhsullarının tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayan Q.Təhməzli qida məshullarının istehsalı və ixracatı istiqamətində agentlik tərəfindən bundan sonra da sahibkarlara hər cür metodiki köməkliyin göstəriləcəyini və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi işinin davam etdiriləcəyini bildirib.
Sonra meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni dövr başlayacaq”
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info