Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
Tarix: 12.11.2018 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Namizədlər siyahısına Fərman Salmanovun və Sabit Orucovun adları daxil edilib


Rusiyanın Tümen vilayətinin aeroportlarına iki azərbaycanlının adları verilə bilər. “Novıy Urenqoy” aeroportuna Sabit Orucov, “Nijnevartovsk” və “Surqut” hava limanlarından birinə Fərman Salmanovun adlarının verilməsi təklif olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya hava limanlarına dahi rusiyalıların adlarının verilməsinə dair əhali arasında keçirilən sorğu başa çatıb. Tümen vilayətində aeroportlara digər tanınmış şəxslərlə yanaşı, Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov və keçmiş SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucovun adlarının verilməsi təklif olunub. Sorğunun nəticələrinə görə tərtib edilmiş siyahıya əsasən, Fərman Salmanovun adı iki siyahıya - vilayətin “Nijnevartovsk” və “Surqut”, Sabit Orucovun adı isə “Novıy Urenqoy” hava limanlarında adları əbədiləşdiriləcək tanınmış şəxslərin sırasına daxil edilib.
Namizədlər siyahısına Xantı-Mansiysk Muxtar Dairəsinin keçmiş qubernatoru Aleksandr Filippenko, kimyaçı alim Dmitri Mendeleyev, tanınmış neftçi Viktor Muravlenko və başqaları da daxildir.
Xatırladaq ki, Rusiyada aeroportlara dahi rusiyalıların adlarının verilməsinə dair layihə həyata keçirilir. Layihə çərçivəsində ümummilli müsabiqə elan edilib. Noyabrın 12-dək davam etmiş sosioloji sorğu nəticəsində hər aeroport üçün üç namizəd seçilib. Noyabrın 30-dək ölkə əhalisi internet vasitəsilə səs verəcək. Bir Rusiya vətəndaşının yalnız bir aeroportun bir namizədinə səs vermək imkanı var. Səsvermənin nəticələri dekabrın 5-də elan olunacaq.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”
11.12.2018
«ArmenianReport»: “Zatulin artıq erməni xalqının dostu deyil”
11.12.2018
Seçkilər Paşinyanın tərəfdarları arasında düşmənçilik yaradıb
11.12.2018
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib
11.12.2018
Məcburi cəcverməyə təhrik edilənlər...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info