Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
Tarix: 13.11.2018 | Saat: 01:06:00 | E-mail | Çapa göndər



Hillari Klintonun sabiq müşaviri Mark Penn bəyan edib ki, ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
“Wall Street Journal” jurnalında dərc olunmuş demokrat Endrü Ştaynla birgə məqaləsində M.Penn bildirib ki, “öz işinə və öz adına sadiq olan xanım Klinton sonunadək mübarizə aparacaq. O, əvvəlki seçkilərdə məğlubiyyət kimi “kiçik” bir uğursuzluğun onun Ağ Evə doğru yolunda maneəyə çevrilməsinə imkan verməyəcək... Klinton 2016-cı ildə Prezident Trampa uduzmasının onun siyasi karyerasına son qoymasına yol verməyəcək. Odur ki, xanım Klintonun iştirakı ilə yeni seçkiqabağı mübarizə gözləyin. Ola bilsin, o, bunu Senata seçilmiş demokratların çoxu kimi, indi elan etməyəcək, amma daha sonra, ilkin səsverməyə qədər şəksiz edəcək.
M.Pennin sözlərinə görə, əvvəlki seçkiqabağı kampaniya zamanı hansı addımların yanlış olduğunu təhlil etmək və yeni strategiya hazırlamaq üçün Klintonun 2 il vaxtı olub. Qeyd etmək lazımdır ki, ötən ay Klintonun özü prezident seçkilərinə qatılmaq planları barədə suala yayğın cavab verib. O deyib ki, “seçkiqabağı mübarizə istəməzdi, amma prezident olmaq istərdi”.




 
Bölməyə aid digər xəbərlər
16.12.2018
Yaponiya növbəti maliyyə ili üçün rekord büdcə layihəsini qəbul etməyə hazırlaşır
15.12.2018
Parisdə keçirilən etiraz aksiyasında 100-dən çox “sarı jiletli” saxlanılıb
15.12.2018
Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır
15.12.2018
Avstraliyanın Baş naziri Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını bildirib
15.12.2018
ABŞ və Çin arasında ticarət sazişi “tezliklə“ imzalana bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info