Komiks yazıçısı Sten Li 95 yaşında vəfat etdi
Tarix: 13.11.2018 | Saat: 01:08:00 | E-mail | Çapa göndər



ABŞ komiks yazıçısı, ssenarist, aktyor, prodüser, televiziya aparıcısı Sten Li 95 yaşında vəfat edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə TMZ xəbər portalı məlumat yayıb. Məlumata görə, Sten Li noyabrın 12-də Los-Ancelesdə (Kaliforniya ştatı) xəstəxanalardan birinə çatdırılıb və orada keçinib. Bu ilin fevralında o, ürək və tənəffüs problemi ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Daha əvvəl isə bir neçə dəfə səhhəti ilə bağlı olaraq tədbirlərdə iştirakını təxirə salmışdı.
Yazıçı Sten Li rəssamlar Cek Körbi və Stiv Ditko ilə əməkdaşlıq edərək, Hörümçək-adam, Fantastik dördlük, Qara Bəbir, İks-adamlar, Qarışqa-adam, Dəmir-adam və digər personajları yaradıb. O, “Marvel Comics” nəşriyyatında baş redaktor, naşir işləyib, sonralar şirkətin direktorlar şurasının sədri olub.




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
Nepalda yük maşını dərəyə aşıb
13.12.2018
Ankarada sürət qatarı qəzaya uğrayıb
12.12.2018
Fransa DİN: Strasburqda atışma nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB
11.12.2018
Gömrükçülər avtomobildə güllələr aşkarladı
11.12.2018
Cənubi Sendviç adalarında 7.3 bal gücündə zəlzələ baş verib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info