Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
Tarix: 13.11.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər



Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də üçüncü partiyada ağ fiqurlarla oynayan ABŞ təmsilçisi Fabiano Karuana norveçli Maqnus Karlsen ilə 49-cu gedişdə heç-heçə edib.
Şahmatçılar ilk iki partiyada da xalı yarı bölüblər. Beləliklə, ilk üç oyunun nəticəsinə görə hesab bərabərdir – 1,5:1,5.
Dördüncü partiya noyabrın 13-də oynanılacaq.
Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.
Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları məbləğindədir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar mükafat veriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Everton”u məğlub edib
15.12.2018
Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin finalına yüksəlib
15.12.2018
UEFA “Milan“ı cəzalandırıb
14.12.2018
“Qarabağ” komandası “Arsenal”a minimal hesabla məğlub olub
13.12.2018
“Gələn il üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info