Füzulidə irimiqyaslı abadlıq işləri görülüb
Tarix: 09.07.2013 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzuli rayonunda iqtisadiyyat, mədəniyyət, abadlıq – quruculuq sahəsində irimiqyaslı işlər görülmüş və görülməkdədir.
Rayonda əhalinin həyat səviyyəsinin yüksəldilməsində, onlara göstərilən xidmətin yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun, onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük köməkliyi olub.
Keçən il Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 240 şagird yerlik iki mərtəbəli, ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompyuter, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək əraziyə qayıdıb gələn Füzulidən olan məcburi köçkün uşaqlarının istifadəsinə verilib. Bu barədə qəzetimizə rayonun İcra Hakimiyyətindən məlumat verilib.
Məktəbin foyesində ulu öndərin büstü qoyulmuş, həyat fəaliyyətini əks etdirən foto sərgi təşkil olunub. Foyedə həmçinin ölkə başçısının Füzuli rayonuna səfərlərini əks etdirən stend, rayonun Milli qəhrəmanlarının həyatlarını əks etdirən güşə yaradılıb.
İlk dərs ilində məktəbdə 188 şagird təhsil alıb.
Yeni dərs ilində məktəbdə 220 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Heydər Əliyev Fondunun hesabına tikilərək istifadəyə verilmiş məktəbdə 36 nəfər müəllim və texniki işçi daimi işlə təmin olunub.
Horadiz şəhərinin simasına yeni bir gözəllik bəxş edən həmin məktəbin tikilərək istifadəyə verilməsinə görə şəhər sakinləri Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya minnətdardırlar.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
12.11.2019
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”: VİDEO
12.11.2019
Mərdan Camalov Şirvanın icra başçısı vəzifəsindən azad edilib
12.11.2019
Masallıda masalılı jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
12.11.2019
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info