Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
Tarix: 13.11.2018 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 Noyabr – Azərbaycan Respublikasının Konstitutsiya Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutun rektoru Ceyhun Məmmədov 12 Noyabr - Azərbaycan Respublikasının Konstitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Aİİ rektoru demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.
C.Məmmədov qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Qeyd olunub ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
C.Məmmədov Ümummilli Lider Heydər Əliyevin dövlət-din siyasətinin özülünü qoyduğunu, bu münasibətlərin Əsas Qanunda öz əksini tapdığını vurğulayıb.
Bildirilib ki, Konstitusiyamızın qəbul olunmasından ötən 23 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir. Aİİ rektoru qeyd edib ki, bu uğurların kökündə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçıları olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla gerçəkləşdirdiyi uzaqgörən siyasəti dayanır.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir”
11.12.2018
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”
11.12.2018
Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək
11.12.2018
İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
10.12.2018
Rusiyalı şagirdlər ölkəmizdə keçiriləcək beynəlxalq olimpiadaya dəvət olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info