Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı
Tarix: 13.11.2018 | Saat: 12:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın həyat sığortası bazarının lokomotivlərindən sayılan “Qala Həyat” sığorta şirkəti strateji inkişafını uğurla davam etdirir.
Şirkətdən verilən məlumata görə, sığorta portfelində icbari (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”) sığorta növünün payı 12% artaraq 6 650 599 manata, həyatın ölüm halından sığortası növünün payı isə 32% artaraq 2 377 768 manata çatıb. Bununla da, 2018-ci il üçün hədəflərə uğurla çatmanı qeyd etmək olar.
Məlumat üçün qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində fərdi və korporativ müştərilər üzrə toplanan məcmu yığımların həcmi 12 257 140 manat təşkil edib.
Bu isə “Qala Həyat”ın uğurlu və davamlı inkişafını bir daha sübut edib.
Bununla yanaşı, cari ilin 9 ayı ərzində şirkət tərəfindən müştərilərə 11 347 887 manat həcmində sığorta ödənişi də verilib. Ödənişlər gecikdirilmədən, qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opreativ qaydada həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb
26.06.2019
Naxçıvanda muzeylərə verilən rəsm əsərlərinin təqdimatı olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info