Ermənistanda dəmiryolçular tətil elan ediblər
Tarix: 13.11.2018 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Ermənistanda Cənubi Qafqaz dəmiryolu əməkdaşları 3 gündür ki, işi dayandırıblar. Çalışdıqları ərazilərdə aksiyalar keçirən dəmiryolçular hələdə tələblərinin yerinə yetirilmədiyini deyirlər.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları daha qul kimi çalışmaq istəmirlər. Qeyd edilir ki, iş saatları çox, əmək haqları isə olduqca aşağıdır. Onlardan 13-14 saat çalışmaq tələb olunur. Bunun müqabilində maaşları artırılmaq əvəzinə 15 faiz azaldılıb. Ona görə də dəmiryolçular çıxış yolunu tətildə görüblər. Bunun nəticəsində istər sərnişin, istərsə də yük qatarlarının hərəkəti dayanıb. Dəmiryol idarəsinin yaydığı məlumatda deyilir ki, onlara işçiləri ixtisara salmaq göstərişi verilib. Çünki, maaşların ödənilməsi üçün büdcədə pul yoxdur. Hələlik çıxış yolu kimi əmək haqlarının 15 faiz azaldılması qərara alınıb.
Yerevanın Nor-Nork rayonunda isə qanunsuz tikilərin sökülməsi prosesi zamanı insident yaşanıb. Mer Ayk Marutyanın göstərişi ilə ərazidəki bütün obyektlərin dağıdılmasına başlanılıb. Sahibkarlar şəhər rəhbərinin bu qərarını etirazla qarşılayıblar. Onlar söküntü aparılan binalara daxil olmağa çalışdıqları vaxt polisin təzyiqi ilə qarşılaşıblar. Əmlak sahiblərinin sözlərinə görə, sənədləri qaydasında olduğu halda onlara xəbərdarlıq edilmədən obyektlərini sökməyə başlayıblar. Meriyadan isə hər şeyin qanun çərçivəsində aparıldığı iddia olunur.
Sevan rayonunda da vəziyyət gərgindir. Bir qrup vətəndaş polis binasının qarşısına toplaşaraq aksiya keçirib. Onlar həmyerliləri, 28 yaşlı Ara Muradyanın polis bölməsinə aparılaraq döyülməsinə qarşı çıxırlar. Zərərçəkənin yaxınları deyirlər ki, rayonda bu adi haldır. Güc strukturlarının özbaşınalıqları pik həddə çatıb. Etirazlardan sonra xüsusi xidmət orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar. Polis bölməsinin əməkdaşları Tatul Gevorkyan və Saak Davityan əvvəlcə həbs olunub, bir neçə saat sonra isə zaminə buraxılıblar. Bu son iki ayda polis idarəsində qeydə alının 11-ci faktdır. Hətta Yerevanda yerləşən bölmələrdən birində yeniyetməni ölümcül döyüblər. Bu faktla bağlı da araşdırma aparılır.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Paşinyan hakimiyyəti iqtisadi proqramları həyata keçirməkdə acizdir”
14.12.2018
Lukaşenko Minsk qrupunun fəaliyyətini sərt tənqid edib
14.12.2018
Budapeştdə də etiraz aksiyası başlayıb
14.12.2018
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
14.12.2018
Rusiya səfirliyi Ermənistanda baş vermiş insidenti siyasiləşdirməyin əleyhinədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info