Bakıda sürücü və avtobus çatışmazlığı var
Tarix: 13.11.2018 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


“Bu gün Bakının şəhərdaxili marşrutlarında sürücü və avtobus çatışmazlığı var”. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli bildirib ki, Bakıda təqribən 2100 avtobus fəaliyyət göstərir, sürücü sayı isə buna adekvat deyil: "Sürücü saat 06:00-da işə başlamaq üçün saat 05 radələrində qaraja gəlməlidir. Qarajda onun tibbi yoxlanışı həyata keçirilməlidir. Mən “BakuBus” MMC-də həyata keçirilən müvafiq prosesdən danışıram. Bundan sonra sürücü avtobusu mexanikdən təhvil almalı və müvafiq sənədləri yoxlandıqdan sonra xəttə çıxmalıdır. Bir sürücü isə 8 saatdan artıq çalışa bilməz. Biz bu əmsalla hesablasaq, xətlərdə olan avtobusları idarə etmək üçün 5 min sürücü lazımdır. Daşıyıcılarda olan mövcud sürücü sayı isə buna adekvat deyil. Sürücü Təlim Mərkəzində yenidənqurma işləri bitdikdən sonra, gələn ildən etibarən sürücüləri praktiki təlimlərə cəlb edəcəyik".
BNA rəhbəri qeyd edib ki, Bakıda bəzi marşrut xətlərində avtobus qıtlığı da var: “Mövcud marşrutlara nisbətdə avtobusların sayı yetərsizdir. Daşıyıcının maddi marağı var, o da istəyir ki, daha çox avtobusla daha çox gəlir götürsün. Amma zəruri sayda avtobusa malik deyil. Bəzi marşrut xətləri 24-ə yaxın avtobus tələb edir, amma faktiki olaraq 20 avtobusu var. Bəzən vətəndaşlardan müraciətlər daxil olur ki, bu avtobusları xətdən çıxardın, “BakuBus”a verin. “BakuBus”un avtobusları nəzərdə tutulmuş xətlər üçün ayrılıb".
O əlavə edib ki, intervalların uzun olması avtobusun çox, yaxud az olması ilə bağlı deyil: "Bəzən bir marşrut üzrə dalbadal iki avtobus gəlir. Çünki onlar bir-birilərinin qrafikinə düşür. Metro stansiyalarının çıxışlarındakı xaotik vəziyyətlə bağlı səsləndirilən fikirlərlə də tamamilə razıyam. Bununla bağlı təkliflər hazırlayıb hökumətə göndərmişik. Təkliflərimizdən biri budur ki, nəqliyyat vasitəsinin sürücüsü bir ay ərzində dayanma-durmanın tələblərini bir neçə dəfə pozubsa, cəriməsi artmağa davam edəcək, daha çox təkrarlanacağı təqdirdə, sürücülük vəsiqəsinə xitam verilə də bilər”.
V.Kərimli bildirib ki, bu gün marşrut avtobuslarına sürücüləri BNA təyin edə bilmir: "Sürücülərin bizim tərəfimizdən təklif olunması üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Məqsədimiz bütün avtobus şəbəkəsinin dövlət nəzarətinə keçməsidir. Bunun üçün də bir qədər vaxt lazımdır. Bu gün paytaxda sərnişindaşımanın 85 faizini özəl daşıyıcı həyata keçirir. Cəmi 10-15 faiz dövlət şirkəti olan ”BakuBus”un payına düşür".
Qurum rəhbəri deyib ki, Bakı Nəqliyyat Agentliyi Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq daşıyıcılara, sürücülərə, qarajlara, taksilərə və avtobuslara dair tələblər hazırlayır: "Tələblər təsdiq olunduqdan sonra sürücü istədiyi kimi hərəkət edə bilməyəcək. Əslində bütün məsuliyyəti sürücünün üzərinə qoymaq da düzgün deyil. Sürücülər də bizə xidmət göstərir. Bizim isə qarşıya qoyduğumuz məqsəd sərnişinlərə ən yüksək səviyyədə xidmət etməkdir. Lakin hansısa sürücü qəza törədir və bu, insan tələfatı ilə nəticələnirsə, mövcud qanunvericilik çərçivəsində həmin sürücünün digər daşıyıcı xətlərdə çalışmasının qarşısını almağa çalışırıq".

Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25.06.2019
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info