Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib
Tarix: 13.11.2018 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin on ayı ərzində 3,8 milyon sərnişinə xidmət göstərib. Aeroportun mətbuat xidmətindən bildirilib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur. “Azərbaycan Hava Yolları” (AZAL) Milli Aviadaşıyıcısı tərəfindən 1 milyon 628 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkəti tərəfindən isə 382 min sərnişin daşınıb. İlin əvvəlindən beynəlxalq reyslərdə ümumilikdə 3,28 milyon sərnişinə (ümumi sərnişin axınının 86 faizi) xidmət göstərilib. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi isə “Buta Airways”in payına düşüb. Oktyabr ayında beynəlxalq sərnişin axını üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Bu aviaşirkətlər tərəfindən ümumilikdə 123 min sərnişinə xidmət göstərilib. Hazırda Bakının hava limanı 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Oktyabr ayında ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Təl-Əviv daxildir. Bu istiqamətlər üzrə 210 min sərnişin daşınıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın “Skytrax” nüfuzlu konsaltinq şirkəti tərəfindən ən yüksək “5 ulduz” qiymətinə layiq görülüb. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına əsasən ikinci ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına başçılıq edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
20.05.2019
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20.05.2019
Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq
20.05.2019
İdxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub
20.05.2019
Səudiyyə Ərəbistanı Kralı: “Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf arzu edirəm”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info