AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
Tarix: 13.11.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə iqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in vitse-prezidenti xanım Betsi Nelson ilə görüşündə deyib. AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duratenin də iştirak etdiyi görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb, AYİB-in Şərqi Avropa və Qafqaz üzrə yeni icraçı direktoru Matteo Patron Azərbaycan tərəfinə təqdim edilib. İqtisadiyyat naziri qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycanın prioritetləri olduğunu diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilən islahatlar, eləcə də bu ilin yanvar-sentyabr ayları üzrə əsas makroiqtisadi göstəricilər barədə məlumat verib. Şahin Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və s. sahələrə dəstək göstərdiyini vurğulayıb.
Qeyd olunub ki, AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb. Azərbaycan və AYİB-in əməkdaşlıq etdiyi mühüm layihələrdən olan TANAP layihəsi Avropanın enerji təminatında önəmli olacaq. AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Şahin Mustafayev Azərbaycanın AYİB ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib, bankla özəl sektor arasında əlaqələrin inkişafının, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əlaqələrin qurulmasının AYİB-lə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını diqqətə çatdırıb. AYİB-in vitse-prezidenti Betsi Nelson bankın ölkəmizlə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan iqtisadi islahatların təqdirəlayiq olduğunu vurğulayıb. Betsi Nelson AYİB-in ölkəmizdə reallaşdırılan layihələrin maliyyələşdirilməsini davam etdirəcəyini, özəl sektorla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni dövr başlayacaq”
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info