Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
Tarix: 13.11.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.
Ən çox pambıq tədarük edən beş rayonun sırasına Saatlı (15 min 815 hektardan 27 min 575 ton), Bərdə (9 min 630 hektardan 22 min 544 ton), Ağcabədi (10 min hektardan 21 min 541 ton), Biləsuvar (12 min hektardan 19 min 900 ton) və Beyləqan (9 min 560 hektardan 19 min 615 ton) daxildir. Məhsul yığımı davam edir. Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. 2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatdırılmışdı. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı 2016-cı ilə nisbətən 2,3 dəfə artmışdı. 2018-ci ildə isə 22 rayonda 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı
20.07.2019
“Abşeron“ yatağında borudüzmə işlərinə başlanılıb
20.07.2019
TAP üzrə işlərin 88,5 faizi yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info