“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
Tarix: 13.11.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusundakı ikigünlük seminar-müşavirə noyabrın 13-də öz işini davam etdirib. Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin
təşkilatçısı Aqşin Babayev bildirib ki, dini radikalizm və xurafat bütün cəmiyyət üçün təhlükəlidir. Natiq eyni zamanda, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu deyib. A.Babayev onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının
vacibliyini diqqətə çatdırıb. Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən bəhs edib. S. Salahlının sözlərinə görə, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri dostluq, sülh şəraitində yaşayırlar. Sədrin birinci müavini respublikamızdakı Azərbaycandakı dinlər və icmalar arasında münasibətlərin yüksək
səviyyədə olduğunu diqqətə çatdırıb. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı onu da bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd Azərbaycan xalqının zəngin
multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda, dini radikalizm və ekstremizmlə mübarizədir. O deyib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. Səyyad Salahlı dini radikalizmin yaranma səbəbləri, fəsadları, təbliğat metodları və ona qarşı mübarizə üsullarından danışıb. Qeyd edib ki, dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və dini biliklərin az olmasıdır. Buna görə də radikalizmə qarşı mübarizədə birinci növbədə dini maarifləndirmə işinə önəm vermək lazımdır. Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizm və ekstremizmin cəmiyyət üçün təhlükələrindən danışıb. C.Əlifzadə radikalizm və ekstremizmin yayılması və gəncləri öz təsiri altına almasının qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib İslamın insanlara
düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. Tədbir iştirakçıların suallarının cavablandırlması ilə yekunlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Pakistan səfiri Bakı Ali Neft Məktəbində
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info