Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
Tarix: 13.11.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Əməkhaqqını artırmaq üçün heç bir resursu olmayan yeni hökumətin başqa seçimi yoxdur

Ötən gün «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir»-deyən Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan hakimiyyətə yaxın saytlar tərəfindən təpki ilə qarşılanıb. Vigen Sarkisyanın elə də orijinal bir fikri olmadığını bildirən bir sıra erməni ekspertlər bu ideyanın Respublikaçılar Partiyasından gəldiyini bildirirlər. Lakin bütün bunlara baxmayaraq, Ermənistanın özünə dayaq bildiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da bu ölkədən üz çevirməyə başladığı göz önündədir.
«Təbii ki, bir çox variant var idi. Amma burada söhbət kimin qalib və ya məğlub olmasından getmir. Məsələ bundadır ki, bu gün bizim iqtisadi ittifaqımız olan Avrasiya İqtisadi Birliyində təmsil olunan Nikol Paşinyan əvvəlcə ölkədəki vəziyyətin həlli ilə məşğul olmalıdır. KTMT belə bir keçid dövründə olan ölkə üçün çox böyük bir yükdür. Görən, Ermənistan bunun öhdəsindən gələ biləcəkmi? Bunu Nikol Paşinyanın anlayıb və bizə cavab verə biləcəyi Sankt-Peterburqda məlum olacaq». Qeyd edək ki, bu fikirlər Belarus prezidenti A. Lukaşenkoya məxsusdur. O, bu fikirləri Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşü zamanı səsləndirib. Təbii ki, ermənilərə sərf etməyən bu fikirlər Ermənistanın rəsmi dövlət saytlarında qıcıqla qarşılanıb. Məsələn, «ArmenianReport» Lukaşenkonun bu fikirlərinin, Nazarbayevlə birgə, KTMT və Avrasiya İqtisadi Birliyində Bakının maraqlarını müdafiə etməyə hesablandığını bildirir. Sayt yazır: «Belə bir bəyanatla tanış olan hər hansı bir normal şəxsdə dərhal təbii sual yarana bilər: Sizin Paşinyan hökumətində baş verən proseslərlə nə işiniz var? Siz hansı əsasla Ermənistanın daxili işlərinə müdaxilə edrsiniz. Sizdən fərqli olaraq, Paşinyan bu gün ölkədə demokratik (?-A.B.) bir cəmiyyət qurur. Ölkədə baş verən inqilabdan sonra Ermənistanda heç kim nə təhdid, nə də təqibə məruz qalıb. Bu gün xalq arasında böyük reytinqə malik olan Nikol Paşinyan sizdən fərqli olaraq öz vəzifəsin «uğurla» yerinə yetirir. Ona görə də sizin Ermənistanın daxili işlərinə qarışmağa heç bir ixtiyarınız yoxdur». Təbii ki, bunlar erməni saytının fikridir. Lakin qeyd edəilməlidir ki, Ermənistanda yaşananlar bunun əksini deyir. Axı sayt niyə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qovulmasının günahkarının məhz Paşinyan, onun səbatsız komandasının olduğunu yazmır. Sayt niyə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın «haqq axtarmaq üçün» Avropa məhkəmələrinə üz tutduğunu bildirmir. Bu gün Nikol Paşinyanın Ermənistanda demokratik bir cəmiyyət qurduğunu iddia edən sayta sual olunur: Paşinyan bu demokratik cəmiyyəti hansı maliyyə dəstəyi ilə yaradır? Avropadan diləndiyi vəsaitləmi?
Bu gün Ermənistanda idarəetmə sisteminin effektiv olmadığını etiraf edən ölkənin maliyyə naziri Atom Cancuqazyan yaxınlarda dövlət strukturlarda ixtisarlar aparılacağını bildirib. Səbəb də odur ki, dövlət strukturlarında çalışanların əməkhaqlarının artırılmasına ehtiyac yaranıb. Çünki Ermənistanda ərzaq məhsullarının qiyməti sürətlə artır. Lakin yeni hökumətin əməkhaqlarını artırmaq üçün heç bir resursu yoxdur. Ümid qalıb işçilərin ixtisarına… Maliyyə nazirinin fikrincə, əməkhaqlarının 20 faiz artırılması üçün dövlət strukturunda “bir rəhbərə 7 işçi” prinsipini tətbiq etmək lazımdır. Bu isə o deməkdir ki, hökmən ixtisarlara gedilməlidir. İşçisinə əməkhaqqı verə bilməyən dövlət necə demokratik cəmiyyət qura bilər?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ermənistandakı seşkilər ümummilli fayda prinsipinə çevrilmədi
09.12.2018
İrəvana əlavə polis qüvvələri yeridilib
09.12.2018
David Şahnazaryan: “Bu, Ermənistan tarixində ən utançverici seçki kimi tarixə düşəcək“
09.12.2018
Ermənistandakı secki pozuntularına artıq yerli polis müdaxilə etməyə başlayıb
09.12.2018
“Ermənistanın sabiq prezidentinin həbsi seçkilərlə bağlı deyil“

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info