Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
Tarix: 13.11.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın görkəmli rəssamı İbrahim Safinin (Səfiyev) 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin sərgi salonunda rəssamın xatirəsinə həsr olunmuş sərgi təşkil edilib. Müəllim və tələbələrinəl işlərindən ibarət sərgidə 30-dan artıq rəsm əsəri nümayiş olunub.
Sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yaradıcılığında realizmə üstünlük verən, dünyanın mütərəqqi ənənələrini davam etdirən, boyakarlığın müxtəlif janrlarında ciddi yaradıcılıq uğurları ilə seçilən rəssam haqqında məlumat verərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri cənab Vasif Talıbovun görkəmli rəssam İbrahim Safinin 120 illik yubileyinin keçirilməsi haqqında 2018-ci il 17 oktyabr tarixli sərəncamını diqqətə çatdırıb.
Təsviri incəsənət kafedrasının müdiri, professor, Xalq rəssamı Hüseynqulu Əliyev rəssamın həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, Şərur rayonunda anadan olan rəssam ilk təhsilini Cəlilkənd məktəbində alıb, sonra İrəvan Müəllimlər Seminariyasında oxuyub. İki il Moskvadakı Rəssamlıq Akademiyasında təhsil alan İbrahim Səfiyev 1917-ci ildə Naxçıvana qayıdıb, burada rəssamlıqla məşğul olub. Kiçik yaşlarından rəsmə həvəs göstərən rəssamın 12 yaşında “Araz balıqçıları” adlı ilk rəsm əsərini yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 1923-cü ildə İstanbulda İncəsənət Akademiyasını bitirən rəssam ömrünün sonuna kimi Türkiyədə yaşayıb. Professor qeyd edib ki, Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi İbrahim Səfiyevin adı əbədiləşdirilib, Türkiyə Respublikasının İstanbul şəhərindəki İstiqlal prospektində onun yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub.
Sonda sərgiyə baxış olub.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
17.12.2018
BNA-dan sürücülərə xəbərdarlıq
17.12.2018
DGK daha bir maarifləndirici videoçarx hazırlayıb
16.12.2018
Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək
14.12.2018
Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
14.12.2018
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info