İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
Tarix: 13.11.2018 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Folklor milli-mənəvi sərvətlərimizin, milli təfəkkürümüzün xəzinəsidir. Folklorda həm ümummilli ideyalar, həm də milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb. Milli dövlətçilik ideyalarının, sabit milli-mənəvi dəyərlərin təzahür etdiyi və qorunduğu folklor xalqın tarixi dövlətçilik ənənələrini müxtəlif obraz, süjet və motivlərdə yaşadır. Bu fikirlər AMEA-nın Folklor İnstitutunun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar “Folklor və dövlətçilik” mövzusunda təşkil etdiyi III respublika elmi konfransında səsləndirilib. Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən keçirilib. Konfransın təşkilində əsas məqsəd Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır. Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətlərindən və elmi problemlərindən danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, milli dövlətçiliyin bərpası milli mədəniyyəti və mənəvi dəyərləri öyrənən elm sahələrinin inkişafına xüsusi şərait və imkan yaradıb. İ.Həbibbəyli Azərbaycanın ilkin dövlətçilik modelinə tarixi folklor nümunələrində rast gəlindiyini deyib. Qeyd edib ki, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında dövlətin bütün zəruri atributlarını tapmaq mümkündür. Akademik milli dövlətçilik ideyalarının tarixən folklorun müxtəlif obraz, süjet və motivlərində yaşadılmasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün zəruri mənəvi əsas formalaşdırdığını bildirib. AMEA-nın vitse-prezidenti respublikada milli-mənəvi dəyərlərin, o cümlədən azərbaycançılıq və milli dövlətçilik ideyalarının elm və ədəbiyyatda təzahürü istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov konfransın əhəmiyyətindən, folklorda qorunan dövlətçilik ənənələrindən, Azərbaycanda milli mədəni dəyərlərə dövlət qayğısından bəhs edib. M.İmanov müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının xalqımızın dövlətçilik tarixində yeni - demokratik respublika mərhələsinin başlanğıcı olduğunu söyləyib. Qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin rəhbərliyinin diqqət yetirdiyi başlıca məsələlərdən biri də milli mədəniyyətin yaranması və qorunub saxlanması olub. Akademik qısa zamanda bu istiqamətdə önəmli işlərin görüldüyünü, Novruz bayramının ölkə miqyasında qeyd olunduğunu, milli musiqilərimizin ifa edildiyi "Türk gecələri" adlı konsert proqramlarının keçirildiyini diqqətə çatdırıb. Plenar iclasda məruzələr dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info