NATO Avropa ordusuna qarşı çıxdı
Tarix: 13.11.2018 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Yens Stoltenberq: “Transatlantik əməkdaşlı davam etməlidir, alyansın fəaliyyətini təkrarlayan potensial qurumların yaradılmasına ehtiyac yoxdur”


“Avropa İttifaqının öz müdafiəsini gücləndirmək səyləri transatlantik əməkdaşlığa mane olmamalıdır”. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Berlində keçirilən konfrans zamanı bəyan edib. O, bu kimi fəaliyyətlərin “Avropanın təhlükəsizliyi” və alyansın güclənməsi üçün mühüm olduğunu etiraf edib. Bununla yanaşı, Stoltenberq qeyd edib ki, analoji addımlar son 70 il ərzində Avropada sülhün və təhlükəsizliyin əsası olan “transatlantik tərəfdaşlıqla möhkəm bağlı” olduğu təqdirdə alqışlana bilər. Stoltenberq hesab edir ki, avropalı müttəfiqlər əməliyyatları ABŞ-ın iştirakı ilə və ya iştirakı olmadan blok proqramları çərçivəsində yerinə yetirə bilər. Lakin NATO-nun baş katibi alyansın fəaliyyətini təkrarlayan potensial qurumların yaradılmasını tənqid edib: “İki dünya müharibəsi və “soyuq” müharibə bizə birlikdə hərəkət etməyin necə mühüm olduğunu öyrədib. Avropada bir-birini təkrarlayan alyanslara, təşkilatlara ehtiyac yoxdur”. Xatırladaq ki, bir neçə gün əvvəl Fransa dövlət başçısı Makron ABŞ-dan asılı olmayan Avropa ordusunun yarıdılmasını təklif edib. Kremlin strateqləri bunu NATO-ya alternativ struktur kimi dəyərləndirirlər. Stoltenberq qeyd edib ki, alyansa üzv olan 29 ölkədən 11-i artıq hərbi xərclərini ÜDM-in 2 faizinə çatdırıb: “Vəziyyət bir qədər qarışıqdır. Amma 3 il əvvəl olan vəziyyətlə müqayisədə yaxşıdır. 3 il əvvəl hərbi xərcləri ÜDM-in 2 faizinə çatdırmaq məqsədi qoyulanda buna ancaq 3 dövlət nail olmuşdu. İndi isə onların sayı artıq 11-ə çatıb”. NATO baş katibi hesab edir ki, üzv dövlətlərin hərbi xərcləri azaltmağı dayandırması müsbət hal kimi qəbul edilməlidir. Stoltenberq Berlində keçirdiyi mətbuat konfransında bəyan edib ki, Rusiya və Çin alyansın texnologiya sahəsində əsas rəqibləridir. O, yerüstü müdafiə sistemləri, müşahidə və birgə kəşfiyyat məlumatlarının əldə edilməsi kimi sahələri nəzərdə tutduğunu qeyd edib. Berlində keçirilən forumda NATO rəsmiləri sənaye dairələrinin nümayəndələri ilə görüşüblər. Adətən, belə görüşlər sənaye müəssisələri ilə strateji dialoq keçirilir. Bu dialoqda müdafiə və təhlükəsizlik sahəsində NATO-nun potensialının daha da artırılması üçün müzakirələr aparılır. NATO-nun baş katibi Berlində keçirdiyi mətbuat konfransında bir çox məsələyə münasibət açıqlayıb. Məsələn, Yens Stoltenberq bildirib ki, vaxtilə Liviyada keçirilən hərbi əməliyyatların təşəbbüskarı NATO olmayıb. Onun sözlərinə görə, həmin əməliyyatlar bəzi Avropa dövlətləri tərəfindən həyata keçirilib. Lakin sonradan anlayıblar ki, alyansın yardımına ehtiyac var: “Əlbəttə ki, avropalı müttəfiqlər hərdən müəyyən işləri ABŞ olmadan da görməyə qadir olmalıdırlar. Biz demirik ki, NATO-nun bütün əməliyyatlarında ABŞ iştirak etməlidir. Amma bir çox halda onlara böyük ehtiyac olur. Məsələn, mən Liviyada keçirilən əməliyyatları yaxşı xatırlayıram. Həmin vaxt mən Norveçin baş naziri idim. Əməliyyatlara Norveç də qoşuldu. Liviyada həyata keçirilən əməliyyatların təşəbbüskarı Avropa olub. Almaniya yox, daha çox Fransa və Britaniya olub. Biz Parisdə bu məsələ ilə bağlı son qərarı vermək üçün toplanan vaxt NATO masa arxasında deyildi, əməliyyatlarda iştirak etmirdi. Amma sonradan biz başa düşdük ki, NATO-nun, ABŞ-ın köməyinə, komanda strukturlarına və imkanlarına ehtiyacımız var”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info