Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
Tarix: 14.11.2018 | Saat: 09:27:00 | E-mail | Çapa göndər


Xəzər dənizində qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
M.Axundov bildirib ki, dənizdə qəfəslərin quraşdırılması üçün hüquqi baza kifayət qədər təkmil deyil.
İnstitut direktorunun sözlərinə görə, hazırda qanunvericilikdəki boşluqlar qəfəs tipli balıq təsərrüfatları yaratmağa imkan vermir. Dənizdə qəfəslərin qurulması üçün dövlət qurumlarından icazə alınmalıdır: “Amma başqa ölkələrdə sahilyanı dəniz akvatoriyalarından istifadə ilə bağlı qanunlar olur. Akvakulturanın inkişaf proqramına biz bu məsələni daxil edəcəyik və qanunvericilikdəki o boşluqları götürəcəyik. Çünki başa düşürük ki, Azərbaycanda akvakulturanın inkişafı daha çox marikultura, yəni dəniz vasitəsilə olacaq. Dənizdə qəfəslərin yaradılması üçün ilk növbədə hüquqi baza olmalıdır”.

M.Axundov hesab edir ki, dənizdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün Türkiyənin təcrübəsindən istifadə etmək olar:
“Türkiyə Qara dəniz, Egey, Aralıq, Mərmərə dənizlərində qəfəs quraşdırıb. Onların 4 dənizdə qəfəs tipli marikultura fermaları mövcuddur. Biz o təcrübədən istifadə etməliyik”.
Qeyd edək ki, “Akvakulturanın həyata keçirilməsi” qaydasına əsasən, sənaye akvakulturasının, o cümlədən marikulturanın həyata keçirilməsi üçün Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində, təbii balıqçılıq obyektləri olan çaylarda, göllərdə, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınlarında, sututarlarda yerləşdirilmiş balıqçılıq qəfəslərindən, akvariumlardan, xüsusi üzmə qurğularından, qapalı su təchizatı qurğularından və digər yerlərdən istifadə edilə bilər.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib
12.12.2018
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info