Ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib
Tarix: 14.11.2018 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib. Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edib.
Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.
Nizamnaməyə edilən yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsi “Təhsil haqqında” qanuna uyğun olaraq ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.
Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə ali təhsil müəssisəsinin orta ixtisas təhsili pilləsinə köçürülməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Ali təhsil müəssisələrində “Təhsil haqqında” qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi məktəblərdə də anılıb
12.12.2018
Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi keçirilib
12.12.2018
Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illiyi qeyd olunub
12.12.2018
Bakı Ali Neft Məktəbinin kollektivi Ümummilli liderin məzarını ziyarət edib
11.12.2018
“Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info