Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib
Tarix: 14.11.2018 | Saat: 13:39:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. İnstitut haqqında səfirə geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, Türkiyə universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.
Aİİ rəhbərliyinə təşəkkürünü bildirən səfir Erkan Özoral səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin qurulması üçün mühüm addımlar atılmasının vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
Daha sonra səfir Aİİ-nin tələbələri ilə görüşüb. Görüş zamanı Aİİ rektoru bildirib ki, hazırda Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdə də əməkdaşlıq yüksək səviyyədədir. İki dövləti, həm də strateji maraqların birləşdirdiyini vurğulayan rektor bu əlaqələrin yüksək səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu bildirib. C.Məmmədov qeyd edib ki, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə ilə münasibətlərin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Səfir Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq ulu öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” sözlərini xatırladıb, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətə malik olduğunu, tarixi köklərə söykəndiyini, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı qardaşlıq münasibətinin əsrlər boyu yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini bildirib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Vaşinqtonda ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib
17.06.2019
Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb
17.06.2019
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 23 medal qazanıblar
17.06.2019
Yeni qiymətləndirmə modelləri tətbiq olunur
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info