Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
Tarix: 14.11.2018 | Saat: 13:41:00 | E-mail | Çapa göndər


Slovakiya nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 14-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar. Slovakiya Baş nazirinin müavini və maliyyə naziri Peter Kazimirin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar. Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıblar. Qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıblar.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib
18.06.2019
Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib
18.06.2019
Sahil Babayev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info