Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək
Tarix: 14.11.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


“Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bolqarıstana təşkil edilmiş ixrac missiyası başa çatıb. Qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri distributor, idxalçı və topdansatış şirkətləri ilə ikitərəfli görüşlər keçirib, “Interfood & Drink” sərgisində, bir sıra iri marketlərdə olub, müzakirələr aparıblar. Azərbaycan şirkətləri tərəfindən təqdim olunan məhsullar Bolqarıstan şirkətləri tərəfindən maraqla qarşılanıb. Belə ki, Azərbaycanın “Kaslar” MMC şirkəti ilə Bolqarıstanın “Stil Agro” LTD, “My Day” LLC və “KaPousouz” şirkətləri arasında fındığın ixracına dair ilkin razılıq əldə olunub.
Bundan əlavə, Azərbaycanın “Tac” MMC (Aquavita) şirkəti ilə Bolqarıstanın distribütor şirkətləri arasında nar və heyva limonadların ixracına dair müzakirələr aparılıb. Azərbaycanın “Baku Konserv” QSC şirkəti ilə Bolqarıstanın distribütor “Dikotex” şirkəti arasında təbii nar şirəsinin Bolqarıstana ixracına və üçüncü Avropa ölkələrinə çıxışına dair danışıqlar aparılıb. Azərbaycanın “Banu Organic” MMC, “Ayan” MMC, “Sun Food” MMC şirkətləri istehsal etdikləri məhsulların ixracına dair Bolqar şirkətləri ilə razılığa gəliblər.
İxrac mıssiyası çərçivəsində həmçinin, “Şirin Aqro” MMC şirkəti ilə Bolqarıstanın “Kafkas” şirkəti arasında müxtəflif növ meyvə və tərəvəzin böyük həcmdə ixracına dair müzakirələr aparılıb, Azərbaycanın “Az-Granata” MMC şirkəti nar şirəsinin Bolqarıstana ixracına, eləcə də məhsullarının “Metro” supermatketlərində yerləşdirilməsinə dair razılıq əldə edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Azərbaycan neftinin bir barrelinin qiyməti 4 dollardan çox artıb
08.12.2018
OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
07.12.2018
Azərbaycanda ilk: aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək
07.12.2018
SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib
07.12.2018
Təbii resursların mərkəzləşdirilmiş reyestri yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info