Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
Tarix: 14.11.2018 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” aviaşirkəti bu ilin oktyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 83,4% təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.
Bu ilin oktyabr ayında sərnişin axınının artımı davam edib. Sentyabrda daşınan sərnişinlərin ümumi sayı 5% artaraq 6.5 milyona çatıb. Yüklənmə səviyyəsi 83,4%-ə qalxıb.
2018-ci ilin oktyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 83,2%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 85,1%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 7%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb.
Oktyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 24% artıb. Artım əsasən daxili reyslər (42%), Afrika (35%), Şimali Amerika (30%) və Avropa ölkələri (24%) hesabına baş verib. Oktyabr ayında Afrika, Şimali Amerika, Avropa və Uzaq Şərq ölkələri üzrə yüklənməs səviyyəsi müvafiq olaraq 7 faiz bəndi,4 faiz bəndi, 3 faiz bəndi və 3 faiz bəndi artmışdır.
Cari ilin yanvar-oktyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% və 11% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 64 milyondan çox sərnişin daşınıb.
Yanvar-oktyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82.2%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 86%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 13% artıb. Cari ilin ilk 10 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1 milyon tondan çox olmuşdur.





 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq
14.06.2019
Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib
14.06.2019
KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info