Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
Tarix: 14.11.2018 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində UNICEF-in Azərbaycan nümayəndəliyinin və “Azercell Telecom” MMC-nin dəstəyi ilə IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib. İki gün ərzində 140 gənc paralimpiyaçı idmanın 8 növü üzrə qalib adı uğrunda mübarizə aparır. Gənc paralimpiyaçılar pauerliftinq, boccia, cüdo, üzgüçülük, qol-bol, taekvondo, stolüstü tennis və əlil arabasında idman rəqsi üzrə yarışlarda iştirak edirlər. Çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. “Məqsədimiz sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir” - deyən İ.Rəhimov 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya Oyunlarının keçirildiyini vurğulayıb. O, ilk dəfə olaraq IV Uşaq Paralimpiya Oyunlarına qonşu Gürcüstan paralimpiyaçılarının da qatıldığını diqqətə çatdırıb. Onlar öz ölkələrini 3 idman növündə 9 idmançı ilə təmsil edirlər. Sonra Beynəlxalq Paralimpiya Komitəsini prezidenti Endrü Parsons, UNICEF–in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar.




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Everton”u məğlub edib
15.12.2018
Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin finalına yüksəlib
15.12.2018
UEFA “Milan“ı cəzalandırıb
14.12.2018
“Qarabağ” komandası “Arsenal”a minimal hesabla məğlub olub
13.12.2018
“Gələn il üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info