İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
Tarix: 14.11.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


İsrailin müdafiə naziri Aviqdor Liberman noyabrın 14-də mətbuat üçün təşkil olunan xüsusi çıxış zamanı öz postundan istefa verdiyini bildirib.

AZƏRTAC bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.

“Mən İsrailin müdafiə naziri postundan istefa verirəm. Biz təhlükəsizlik baxımından Qəzza sektorunda fəaliyyətimizi sona çatdırmalıydıq. Fikrimcə, Qəzzada terror infrastrukturuna vurduğumuz zərbələr yetərli olmayıb. Müdafiə naziri postunda qalacağım təqdirdə İsrailin cənub bölgəsində yaşayan əhalinin gözlərinə necə baxacağımı bilmirdim”, - deyə Aviqdor Liberman deyib. O, İsrail hökumətinin HƏMAS təşkilatı ilə atəşkəsə razılıq verməsini terrora təslim olmaq kimi dəyərləndirib.
Rusdilli israillilərin “İsrail – bizim evimiz” partiyasına rəhbərlik edən Liberman ölkəsinin son aylar tamamilə səhv siyasət yürütdüyünü bildirib və mümkün qədər tez bir zamanda növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb. O, həmçinin başçılıq etdiyi partiyanın hakim parlament koalisiyasından çıxdığını bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi
11.12.2018
Stokholmda Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info