Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib
Tarix: 15.11.2018 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib.
İdarədən Trend-ə verilən məlumata görə, Bakı Uşaq Teatrının kollektivi 12-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Teatr festivalda iki tamaşa ilə çıxış edir.
Belə ki, onlardan biri – “Ağıllı tülkü” tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müddətdir ki, repertuardadır və Azərbaycanda azyaşlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İndi həmin tamaşa Türkiyədə uşaqlara təqdim olunacaq.
Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub. Komediya janrında hazırlanmış bu tamaşanın da həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir.
12 noyabrda festivalın açılışı olub. Bakı Uşaq Teatrının kollektivi açılışda iştirak edib.
Biləcik Bələdiyyə başkanı Nihat Can, Bilecik millet vekili Selim Yağcı, Bilecik valisi Tahir Büyükakın və başqa rəsmi şəxslər açılışda iştirak edib.
Festivala noyabrın 13-də Bakı Uşaq Teatrının “Ağıllı tülkü” tamaşası ilə start verilib.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb
19.05.2019
“Keçmişə sənət səyahəti”
18.05.2019
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib
18.05.2019
Gədəbəy Aşıq Musiqisi Məktəbində bu il ilk məzun buraxılışı olacaq
18.05.2019
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info