Ermənistanın Moldova ombudsmanına qarşı vəhşi davranışına beynəlxalq aləm qiymət verməlidir
Tarix: 09.07.2013 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Aydın Mirzəzadə: “Bu məsələyə ənənəvi müxalifət və bəzi “hüquq müdafiəçiləri” göz yumdu, çünki onları milli məsələlər maraqlandırmır, həm də sərbəst deyillər”

Musa Qasımlı: “Dünya ombudsmanlarının növbəti toplantısında Ermənistanın bu antibəşəri və despot hərəkəti müzakirə edilməli və buna lazımi qiymət verilməlidir”


Xəbər verildiyi kimi, Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriu Ermənistan parlamentində çıxış edərək bu ölkənin işğalçı siyasətini pisləyib və Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildiyi barədə bəyanat verib. Bu mövqe Ermənistanın soyqırımı törətməsinə və işğalçı olmasına xarici diplomat tərəfindən verilən obyektiv qiymət və reallığı əks etdirən fikirlərdir. Bu cür çıxış eyni zamanda kifayət qədər cəsarət tələb edir. Çünki nəzərə alınmalıdır ki, Ermənistan kimi antidemokratik, quduz, bəşəri dəyərlərə və obyektivliyə yad olan bir dövlətin parlamentində edilib. Və Ermənistan özünün Moldova ombudsmanının bu çıxışına qarşı qeyri-sivil, amansız, təhqiramiz münasibəti ilə bir daha soyqırımı törətməyə, insan qətl etməyə hər an hazır dövlət olduğunu sərgiləmiş oldu. Belə ki, Moldova ombudsmanı Ermənistan parlamentindəki çıxışına görə ölüm təhdidi ilə üzləşdi. O, bir gün Ermənistanda saxlanılıb və ölkəsinə buraxılmayıb, təhdid, təhqir və aşağılamalara məruz qalıb. Bu, Ermənistanın vəhşi bir dövlət olduğu ilə bağlı daha bir faktdır. Belə olduğu halda, bizim bu məsələdə əsas strategiyamız beynəlxalq səviyyədə bu məsələnin qaldırılması, bunun hesabının Ermənistandan soruşulması olmalıdır. İnformasiya savaşında Ermənistana qarşı hücum taktikasında bu məsələdən maksimum yararlanmaq lazımdır. Xüsusilə qeyd edilməlidir ki, Ermənistanda bu cür rezonans doğuran bir olayın, vəhşiliyin baş verməsinə baxmayaraq beynəlxalq təşkilatlar, insan haqları qurumları bu məsələdə susurlar... Bundan başqa Azərbaycandakı radikal müxalif düşərgə və eləcə də Leyla Yunus kimi “hüquq müdafiəçiləri” bu məsələdə ağızlarına su alıb durublar. Onlar Ermənistanın bu hərəkətini pisləyən bircə kəlmə də bildirməyiblər. Əksinə, Leyla Yunusdan bu məsələ ilə bağlı mövqe öyrənilsə, o, zərrə qədər də utanmadan bunda da Azərbaycanı günahlandıracaq, ölkəmizin imicinə xələl gətirməyə hesablanmış fikirlər söyləyəcək...
“Palitra”ya bu barədə açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, Moldova ombudsmanının Ermənistanda təhdid və təhqir edilməsinə Azərbaycandakı ənənəvi müxalifət göz yumur: “Onların qəzetləri bu barədə heç nə yazmadı, müzakirə açmadı, nə də gündəliklərinə bu məsələni salmadılar. Onlar bir daha sübut etdilər ki, milli məsələlərə biganədirlər. Əksinə, onları yalnız hər hansı psevdoməsələni Azərbaycan hakimiyyətinə qarşı qaldırmaq, bununla spekulyasiya etmək maraqlandırır. Onlara milli məsələlərimizlə bağlı mövqe bildirmək sərf etmir. Bu, onların marağında olmadığı kimi, onlar həm də bu cür məsələlərdə sərbəst deyillər, çünki xaricdəki dairələrin xoşuna gəlməyəcəklərindən qorxurlar. Ona görə də ənənəvi müxalifət Ermənistanda bu məsələnin baş verməsinə göz yumdu”.
Politoloq bildirdi ki, eləcə də bizdə bəzi “hüquq müdafiəçiləri” də bu məsələdə “seyrçi” mövqe tutublar: “Onlar da bu məsələdə sanki Ermənistan haqlıymış kimi, susub qaldılar. Bu da ondan xəbər verir ki, bizdəki bəzi həmin hüquq müdafiəçiləri müəyyən xarici dairələrə bağlıdırlar. Onlar həmin dairələrdən təlimat alıb bu məsələdə susdular”.
Millət vəkili onu da bildirdi ki, müxalifətin sözügedən məsələyə biganəliyi və mövqe bildirməkdən yayınması onun ictimaiyyət tərəfindən qəbul edilməməsi üçün daha bir əsasdır: “Bu seçki ərəfəsində ənənəvi müxalifət Azərbaycanın əsas həssas və vacib məsələlərində yararsız olduğunu yenə nümayiş etdirdi. Ona görə də xalq müxalifətin bu məsələdə susqunluğuna susmayacaq. Seçkidə xalq ona bir daha yerini göstərəcək”. Millət vəkili onu da əlavə etdi ki, beynəlxalq təşkilatların bu hərəkətə susqunluğu da ikili standartlar və qərəzdən xəbər verir. Ona görə də Ermənistanın bu terror cəhdi onların diqqətini cəlb etmədi, onlar bu məsələdən yayınmağa çalışdılar.
“Palitra”ya fikirlərini bildirən millət vəkili, tarixçi alim Musa Qasımlı dedi ki, Moldova ombudsmanının Ermənistanla bağlı fikirləri gerçəkliyi əks etdirir: “Xocalıda Ermənistan dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət edib. Ermənistanda indi də bu hərəkətin baş verməsi göstərdi ki, o ölkədə tiraniya, despotizm və alternativ fikirlərə qarşı dözümsüzlük var. Ermənistan demokratik deyil, orada söz azadlığından söhbət gedə bilməz. Buna bəzi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların susması da ikili və ya çoxlu standartlardan xəbər verir.
Hesab edirəm ki, dünya ombudsmanlarının növbəti toplantısında Ermənistanın bu antibəşəri və despot hərəkəti müzakirə edilməli və buna lazımi qiymət verilməlidir”.
Millət vəkili Ermənistanın beynəlxalq səviyyədə ifşa edilməsi üçün ciddi iş aparılmasının vacibliyini də önə çəkdi.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info