“AtaTravel”in Macarıstana info-turu başa çatdı
Tarix: 09.07.2013 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


“AtaTravel” MMC-nin Macarıstana təşkil etdiyi info-tur uğurla başa çatıb. İyunun 29-dan iyulun 6-na qədər bu ölkədə davam edən tanıtım səfərində KİV nümayəndələri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak etmişlər. İnfo-tur Macarıstanın turizm sənayesi ilə ətraflı tanış olmaq məqsədilə ölkənin qabaqcıl tur-operatoru olan “1000 yol” və Macarıstan «Wizz Air» aviaşirkətinin dəvəti ilə həyata keçirilib. Məlum olduğu kimi, bu ölkənin turizm sektorunun infrastrukturu olduqca inkişaf edib, keyfiyyətli xidmət, dağ landşaftı ilə göz oxşayan təbiəti bütün dünyadan turistləri cəlb edir.
İnfo-turun gedişində onun iştirakçıları Macarıstanın gəzməli yerlərində olmuş, müxtəlif regionlarda tarixi abidələrlə tanış olmuş, Balaton gölünü seyr etmiş, termal müalicəvi yerlərdə olmuş, milli adətlərlə, mətbəxlə, musiqi və xalq yaradıcılığı ilə tanış olublar. Budapeşt şəhərində ekskursiyaya Qəhrəmanlar Meydanı, Vaydaxunyad qəsri, Budapeştin “Yelisey düzəngahı” – Andraşşa prospekti, Parlament, Balıqçı Bastionu və Kral sarayını gəzmək, Matyaş kilsəsi ilə tanışlıq, Dunaya gözəl mənzərə ilə açılan Gellert dağına qalxmaq daxil idi. Bununla yanaşı, Azərbaycan jurnalistləri Dunay döngəsində, Esterqom, Vışeqrad, Sentendre, Peç, Şarvar, Kestxeydə olublar. Onlar həmçinin, Harkan balneoterapevtik kurortu, müalicəvi gücü hələ Roma dövründən məşhur olan Heviz termal gölü ilə tanış olmuş, Şümeq qalasında cəngavər turnirində olublar.
İnfo-tur zamanı Azərbaycan KİV nümayəndələri Macarıstan-Turizm QSC-nin nümayəndəsi Kristina Boço, Heviz şəhərinin meri Qabor Papp, otel biznesi rəhbərləri, termal müalicəxanaların tibbi personalı ilə görüşlər keçirib, bu görüşlərdə ərtaflı informasiya və onları maraqlandıran suallara cavab alıblar. İnfo-turun iştirakçıları Azərbaycanın Macarıstandakı səfirliyində olmuş, burada səmimi, qeyri-rəsmi şəraitdə fikir mübadiləsi aparılıb və qeyd edilib ki, son vaxtlar Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir.
“AtaTravel” şirkətinin baş direktoru Vüsal Əliyev qeyd edib: “AtaTravel” Macarıstanın “1000 yol” tur-operatorunun tərəfdaşıdır, həmçinin Budapeşt-Bakı-Budapeşt aviareyslərini uğurla həyata keçirən «Wizz Air» aviaşirkəti ilə sıx əməkdaşlıq edir. Macarıstanın Azərbaycan turistləri üçün yeni istiqamət olduğuna baxmayaraq, bu ölkə artıq populyarlıq qazanıb”.
Macarıstan turistlərinin ölkəmizə marağı və bu ölkədən Azərbaycana gələn turistlərin sayı artır. Ölkəmizə səfərləri asanlaşdırmaq üçün "AtaTravel" elektron viza proseduruna qatılıb. Ümumiyyətlə, qarşılıqlı Azərbaycan-Macarıstan əlaqələri bütün sahələrdə inkişaf edir".
“AtaHolding” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova bildirib ki, bu ilin sentyabr ayında artıq macar tur-operatorları üçün Azərbaycana cavab info-turu təşkil ediləcək.
İlkin









 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info