Qənnadı sektoru üçün yağ və süd məhsullarından istifadə ilə bağlı ilk seminar
Tarix: 15.11.2018 | Saat: 12:18:00 | E-mail | Çapa göndər


Ölkənin ən nüfuzlu şirkətlərindən olan “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndəsi “Vesta Horeka” MMC öz partnyoru “EFKO” Şirkətlər Qrupu ilə birlikdə respublikada fəaliyyət göstərən qənnadı və şirniyyat müəssisələri üçün ilk dəfə olaraq yağ və süd məhsullarından istifadə barəsində seminar təşkil edib.
“EFKO” şirkətinin qida qatqılarının assortiment və tətbiq imkanları” adlı seminarına onlarla sex, fabrik və şirniyyat evlərinin nümayəndələri qoşulub.
Tədbiri açıq elan edən “Vesta Horeka” MMC-nin ARGE (Araşdırma və genişləndirmə) və İdxalat üzrə şöbə müdiri Sevda Hacıyeva bilidirib ki, bu seminarı təşkil etməkdə məqsəd yerli bazarda etibarlı yağ məhsulunun tanıtımını təşkil etmək, dolayısı ilə insanlara daha keyfiyyətli və ləzzətli qənnadı məhsulları təqdim etməyə yardımçı olmaqdır. “Bu gün Avrasiya iqtisadi zonasında ən böyük günəbaxan yağı istehsalçısı, həmçinin Rusiyanın qida sənayesinin ilk üçlüyündən biri olan “EFKO” Şirkətlər Qrupu qısa müddət ərzində Azərbaycanda yağ bazarında 50% paya malik olmağı bacarıb. Bu isə o deməkdir ki, həm EFKO, həm də EFKO-nun rəsmi nümayəndəsi Vesta Horeka ilk növbədə keyfiyyətə və ekoloji baxımdan təhlükəsizliyə üstünlük verir” – deyə, yerli nümayəndə qeyd edib.
Ardınca çıxış edən “EFKO” Şirkətlər Qrupunun nümayəndəsi Alyona Surkova şirkətin sertifakasiya sistemindən bəhs edərkən bildirib ki, EFKO bir qida müəssisəsi olaraq tələb olunan bütün sertfikatlara - İSO 9001-2011, İSO 9001:2008, IFS Food, BRC Global, Kosher, Sedex və s. - malik olmaqla yanaşı, o, məhsul ixrac etdiyi müsəlman ölkələrini də nəzərə alaraq 2015-ci ildə Halal sertfikatını qazanıb və istehsalat prosesini bütün sertifikatların tələblərin uyğun aparmaqdadır.
Daha sonra tədbir iştirakçılarına “Yağ hasilatının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin yoxlanılması metodları”, “Şirniyyat, süd və süd məhsullarının istehsalında qlobal tendensiyalar” kimi mövzularda təqdimatlar göstərilib, seminarın interaktiv şəkildə keçirilməsi təmin olunub.
O da qeyd olunmalıdır ki, tədbirə ev sahibliyi edən “Vesta Horeka” MMC mütəmadi olaraq yerli sahibkarlar üçün “EFKO” fabrikini və fabrikdə istehsal prosesini yaxından görmək üçün fabrikin yerləşdiyi Alekseyevka şəhəri - EFKO fabrikinə səfərlər təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib
26.06.2019
Xəzərin səviyyəsinin enməsi təhlükəlidirmi?
26.06.2019
Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib
26.06.2019
Nikaraquada İŞİD ilə əlaqədə olmaqda şübhəli bilinən səxslər saxlanılıb
26.06.2019
DGK ilə ABŞ gömrük orqanları arasında əlaqələr müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info