Ölkədə 1500-dən çox vəkil var
Tarix: 15.11.2018 | Saat: 12:21:00 | E-mail | Çapa göndər


“Azərbaycanda vəkillərin sayı hazırda 1500 nəfərdən çoxdur”.
Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, artıq vəkillər sırasında gənclərin sayı artmaqdadır: "Biz 535 nəfəri vəkilliyə qəbul etmişik. Bunların əksəriyyəti 40 yaşına qədər olan gənclərdir. Biz sevinirik ki, cavanlar vəkilliyə üz tutur. Məhkəmələrdə, dövlət qurumlarında, polis və prokurorluqda işləyən hüquqşünaslar vəkilliyə üz tuturlar. Təbii ki, vəkillərin sayı daha da artacaq".
A.Bağırov vəkilliyə qəbul prosesinin asanlaşdırılmasına da münasibət bildirib. O, qeyd edib ki, bu prosesdə vəkillərin savadının artırılmasına da diqqət yetirilir: "Deyirlər ki, qəbul asanlaşdırılıb. Biz namizədlərin savadını artırmaq üçün təlimlər və kurslar təşkil edəcəyik ki, onlar vəkilliyə daha yaxşı hazırlaşsınlar. Hazırda sənəd qəbulu üzrə onlayn sistem yaratmışıq ki, rayonlarda olan insanlar əziyyət çəkməsin. Biz həmçinin işə qəbul üçün namizədlərin iş təcrübəsini azaltmışıq. Bu isə vəkilliyə qəbulda maneələri aradan qaldırır".
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
13.12.2018
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2018
Daşkənddə “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb
13.12.2018
Serbiyada ulu öndərin xatirəsi anılıb
13.12.2018
Heydər Əliyevin vəfatının 15-ci ildönümü Küveytdə qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info