“Excelsior Hotel Baku”nun yay hovuzunun açılış mərasimi keçirildi
Tarix: 09.07.2013 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC-nin dəstəyi ilə “Excelsior Hotel Baku”nun yay hovuzunun açılış mərasimi keçirilib. Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratmışdı. Estrada müğənniləri İlhamə Qasımova və Dinana Hacıyevanın ifalarında səslənən populyar milli və xarici şlyagerlər hamının ürəyincə oldu.
Açılış mərasimində çıxış edən “Excelsior Hotel Baku” otelinin meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər. Gecə başa çatdıqda qonaqlar arasında lotereya oynanılıb və onlardan bir çoxu müxtəlif hədiyyələr udublar. Gözəl, rahat “Excelsior Hotel Baku” oteli 19 ənənələri və innovasiyaları özündə müasir dəbdəbə və antiklik çaları ilə birləşdirir. Şəhər mərkəzinin yaxınlığında yerləşən otel işgüzar, ticarət və əyləncə mərkəzlərinə də yaxındır.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info