“Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq”
Tarix: 15.11.2018 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq" adlı ilk konfrans keçirilir.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfrans haqda ətraflı məlumat verib. Bildirib ki, konfransın təşkilində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.
Bildirilib ki, noyabrın 12-18-də dünyada sahibkarlığın inkişafı həftəsi qeyd olunur. Konfrans həm də bu təşəbbüsə dəstək vermək məqsədi daşıyır.
Məlumat verilib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirməkdir. Onların inkişafına, yerli və dünya arenasına çıxmasına dəstək verməkdir. Eləcə də Assosiasiyanın təşəbbüsü ilə yerli və beynəlxalq tədbirlərdə, forumlarda, konfranslarda, təlimlərdə sahibkar qadınların iştirakını təşkil etməkdir. Qısa müddət ərzində Assosiasiya böyük nailiyyətlər əldə edib. Daxili və xarici əlaqələrini genişləndirib, sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.
Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də bütövlükdə ailə sferasında qadın əməyinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi, onların kiçik və orta sahibkarlığa cəlb edilməsidir. Bu, hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir. Əli Əhmədov deyib: “Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırılmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərlərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır”.
Əli Əhmədov əlavə edib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünüməşğulluq forması tətbiq olunur. Bu da qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan yaradır. Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vasitəsilə özünüməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub. Özünüməşğulluğun inkişaf etdirilməsində hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə qadınlarımız kiçik istehsal və xidmət üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər.
Konfransda digər çıxış edənlər bu kimi tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb və assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzu ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan "Göz nuru, Əl əməyi" adlı sərgi təşkil olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 63 dolları ötüb
13.12.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
12.12.2018
Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək
12.12.2018
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə əldə edib
12.12.2018
Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info