“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Tarix: 15.11.2018 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında, hər il olduğu kimi, bu il də ən son texnoloji yeniliklər, informasiya-kommunikasiya sahəsində məhsul və xidmətlər, o cümlədən də, yeni layihələr təqdim olunacaq. Bundan başqa, ziyarətçiləri sərginin iş günləri ərzində bir çox maraqlı sürprizlər gözləyir.
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz “Bakutel” sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. “Azərlotereya” ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq. Biletləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin pavilyonunda “Azərpoçt” MMC-yə məxsus xüsusi stenddən əldə etmək mümkün olacaq.
Hər biletin üzərində (001-dən 999-dək) 3 (üç) rəqəmli seriya nömrəsi əks olunacaq. Oyunun keçirilmə vaxtı əvvəlcədən elan olunacaq. Xüsusi guşədə quraşdırılmış elektron tabloda təsadüfi seçim yolu ilə müəyyən olunmuş rəqəmlər nümayiş olunacaq. Tabloda göstərilən rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun olduğu halda bilet uduşlu sayılacaq. Tirajın uduş fondu 3 kateqoriya üzrə müəyyən olunub.
Belə ki, I kateqoriyada elektron tabloda müəyyən edilmiş 3 (üç) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet sahibi 50 (əlli) manat əldə edir.
II kateqoriya üzrə elektron tabloda müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son 2 (iki) rəqəmi ilə uyğun gələrsə, bilet sahibi 10 (on) manat qazanır.
III kateqoriyada isə elektron tabloda müəyyən edilmiş nömrələrin son rəqəmi lotereya biletinin seriya nömrəsində qeyd olunan nömrələrin sonuncu rəqəmi ilə uyğun gələrsə, bilet uduşlu sayılır və 5 (beş) manata sahib olur.
Uduşa düşən lotereya biletində kateqoriyalar üzrə yalnız ən iri uduş məbləği ödənilir. Qeyd edək ki, oyunda iştirak edən biletlərin ümumi sayı 999 ədəd təşkil edir. Qaliblər anında xüsusi stendə yaxınlaşmaqla uduş fondunu əldə edə biləcəklər. Bundan başqa, iştirakçılar üçün digər qiymətli hədiyyələr də nəzərdə tutulub.
Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin siyahısı
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info