Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
Tarix: 15.11.2018 | Saat: 13:33:00 | E-mail | Çapa göndər


Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
Noyabrın 15-də Milli Məclisin plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıb. Əvvəlcə Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələnilki xərclər smetası barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin və onun Aparatının 2019-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəllərinə, inzibati binalarında, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələrə və proqnozlara əsasən tərtib edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir. Deputatlar məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2019-cu il üçün xərclər smetası barədə məlumat verib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikası Hesablama Palatasının saxlanılması üçün 4 milyard 4 milyon 368 min 941 manat vəsait proqnozlaşdırılır. Bu vəsait 2018-ci ilin proqnoz göstəricisindən təqribən 6,5 faiz çoxdur. Artım əsasən bəzi yardımçı dövlət qulluqçularının inzibati təsnifat üzrə yerdəyişməsindən irəli gəlir və yanacağın qiyməti ilə bağlıdır. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 84,3 faizi əməyin ödənilməsini təşkil edir. Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Azərbaycan altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi”
14.12.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
14.12.2018
ABŞ Konqresi qətnamə qəbul edib: ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir
14.12.2018
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14.12.2018
İnformasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info