YAP gənclərindən moldovalı ombudsmana dəstək
Tarix: 09.07.2013 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi İrəvanda cəsarətli bəyanatla yadda qalan moldovalı ombudsman Aureliya Qriqoriuya dəstək olub. Bununla bağlı YAP GB-nin ofisində birliyə üzv olan gənclərlə görüş keçirilib. Moldovalı ombudsmanın Ermənistanda keçirilən beynəlxalq konfransdakı cəsarətli addımını yenidən gənclərin diqqətinə çatdıran YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Moldovanın parlament vəkili Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentində çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləyib və bu fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb. S. Orucov onu da qeyd edib ki, ombudsmanın mövcud çıxışına görə, onun şəxsi “Facebook” səhifəsinə təhdid mesajları gəlməyə başlayıb: “Onun parlamentdəki çıxışı həyatı üçün böyük risklər yaradıb. Əsas məqsədimiz ombudsmanın sosial şəbəkəsindəki ünvanına təşəkkür məktubu yazmaqdır. Haqq səsimizi dünya ictimaiyyətinə çatdıran insanlara qarşı hər zaman diqqətcil olmalıyıq. İnanıram ki, bütün türk dünyası həmin xanımı dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcək. Çünki o, erməniləri tribunadan işğalçı dövlət adlandırıb. Buna görə də ombudsmanın hüquqları kobud şəkildə pozulub və onun öz ölkəsinə qayıtmasına imkan verilməyib. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin beynəlxalq təşkilatların qəbul etdiyi qərarları azad şəkildə deməsi tam normaldır”. Tədbir yekunlaşdıqdan sonra YAP GB-nin üzvləri kompyuter otağında ombudsmanın şəxsi “Facebook” səhifəsinə öz rəylərini yazıblar. Xatırladaq ki, İrəvandakı beynəlxalq konfransda Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çox davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini bəyan edib.
Mehdi Qəniyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info