Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
Tarix: 15.11.2018 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti Fransa hökumətinin YUNESKO-nun baş qərargahında təşkil etdiyi İnternet İdarəçilik Forumunun (İİF) 13-cü illik yığıncağında iştirak edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinə nazirliyin və BMT-nin İnkişaf Proqramının əməkdaşları daxil olub.
Tədbirdə müxtəlif ölkələrin hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyətinin təmsilçiləri internetlə bağlı aktual problemləri müzakirə ediblər.
Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən əldə edilən nəticələrlə bağlı ictimaiyyətə tövsiyələr verməkdən ibarətdir.
Fransa Respublikasının Prezidenti Emmanuel Makron və BMT-nin Baş katibi Antonio Quttereş İnternet İdarəçilik Forumunda açılış nitqi ilə çıxış ediblər. Tədbirdə eyni zamanda “TechAfganistan” şirkətinin prezidenti Omar Mansur Ansari, “APLTD” şirkətinin rəhbəri Leyonid Tadorov və digər səlahiyyətli şəxslər də iştirak edib.
İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet idarəçiliyi istiqamətində həyata keçirdiyi işlər və gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Gənclər üçün İnternet İdarəçiliyi Forumu” barədə məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd innovativ iqtisadiyyatın genişləndirilməsi və elektron iştirakda Azərbaycanın potensialının artırılmasıdır. Eyni zamanda, əsas hədəf Azərbaycanı regional İKT inkişaf mərkəzinə çevirmək, İKT sənayesinin yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə birgə təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarını genişləndirmək, regionların milli internet idarəçiliyi prosesinə cəlb edilməsidir.
Tədbirdə qeyd edilib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, internet informasiya məkanı olmaqla yanaşı, həm də dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən mühit rolunu oynayır. Eyni zamanda bildirilib ki, Azərbaycanda internet bir qlobal şəbəkə kimi fikir və söz azadlığının yaranmasında, sosial şəbəkələrin genişlənməsində, vətəndaşların idarəçilik proseslərinə cəlb olunmasında yeni imkanlar yaradır.

Anar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni dövr başlayacaq”
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info